16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tuyqun Nadirov: “FIFA “Xəzər Lənkəran”a qarşı haqsızlıq edir”

“Xəzər Lənkəran” bu gün haqsızlıqla üzləşib. 2014-cü ilin 20 avqustunda haqqımızda qərar çıxarılıb. Sonradan bizə məktub daxil oldu ki, qarşıdakı 2 transfer pəncərəsi zamanı yeni oyunçu transfer edə bilmərik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Bu gün mətbuat konfransı keçirən Lənkəran klubunun rəsmisi qeyd edib ki, FIFA-nın məqsədi “Xəzər Lənkəran”ı zəiflətməkdir: “Həmin qadağa bu ilin 31 avqustunda qüvvədən düşürdü. Bunu nəzərə alaraq, biz yayda heyətimizi istər yerli, istərsə də əcnəbi futbolçularla gücləndirdik. Bu da normaldı. Lakin sonrada FIFA-dan gələn məktubda qeyd olundu ki, yalnız növbəti transfer pəncərəsi zamanı heyətimizə oyunçular qata bilərik. Bu isə haqsızlıqdır. Beynəlxalq futbol qurumunun cavabından da açıq-aşkar görünür ki, onlar klubun zəifləməsini, meydana zəifləmiş heyətlə çıxmasını istəyirlər”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30