25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Emin Quliyev: “Bizə “Neftçi” üzərində qələbə lazımdır”

"Rəvan"ın baş məşqçisi Emin Quliyevin müsahibəsi

- İlk üç turda hazırlıq üçün vaxtınızın az olduğunu bildirirdiniz. Çempionatda yaranmış fasilə sizin üçün düşərli oldumu?

- Bəli. Bu müddət ərzində keçdiyimiz hazırlıqdan da razı qaldım. Bu fasilədən maksimum yararlanmağa çalışdıq. İndi bunun nəticələrdə necə əks olunacağını matçlar göstərəcək.

- "Neftçi" ilə qarşıdakı oyundan nə gözləyirsiniz?

- Bu, turun ən maraqlı oyunlarından biri olacaq. Həm bizim, həm də rəqib üçün çətin qarşılaşma olacağını düşünürəm. Rəqib komandanın gücünə bələdik. Ümid edirəm ki, güclü olan qalib gələcək.

- Yəqin ki, "Neftçi" ilə formada olmadığı bir vaxtda, legionerlərinin tam uyğunlaşmadığı dövrdə oynamaq sizin üçün sərfəlidir...

- Bunu demək çətindir. Fasilədən onlar da yararlanmağa çalışdılar. Əsas bizim bu oyunda özümüzü necə göstərəcəyimizdi. Rəqibi öz meydanımızda qəbul edəcəyik. Bu üzdən də cari mövsümdə ilk qələbəmizi qazanmaq istəyirik. Bizə qələbə lazımdır. Bu, komandaya çox faydalı olar.

- Qələbə qazanmaqla "Neftçi"ni turnir cədvəlində qabaqlamağa da nail ola bilərsiniz...

- Mövsümün əvvəlində turnir cədvəlindəki vəziyyət az şeydən xəbər verir. İndiki məqamda mümkün qədər az xal itirmək daha önəmlidir.

- Vaxtilə "Neftçi"də oynadığınızı nəzərə alsaq, bu komanda ilə oyun sizin xüsusi əhəmiyyət kəsb edir?

- Elə xüsusi emosiya yoxdur. Sadəcə, Samir Əliyevin yaxın dostum olduğunu demək istəyərdim. Amma meydanda biz bir-birimizin rəqibi olacağıq.

- Özbəkistanlı Alibobo Raxmatullayev komandanızı gücləndirə biləcək?

- Ona inanıram. Yaxşı futbolçudur. Ümid edirəm ki, bu mövsüm özünü yaxşı tərəfdən göstərə biləcək.

- Digər klublar braziliyalı, ispaniyalı futbolçularla güclənirlər, siz isə özbək futbolçu ilə. Bu, doğrudan da onun yaxşı futbolçu olmasından irəli gəlir, ya maliyyə imkanlarınız ancaq belə futbolçu almağa imkan verir?

- Mən onun sərgilədiyi oyuna baxmışam, neçəyə olmasına yox. Pis futbolçu olsaydı, hədiyyə də versəydilər, komandamıza götürməzdik.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30