23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” üçün sevindirici xəbər

Estoniya millisinin düşərgəsində zədələnən "Qəbələ"nin futbolçusu Sergey Zenyovun durumuna aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə, klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, 26 yaşlı hücumçu tibbi müayinədən keçib.

Müayinə nəticəsində Zenyovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Artıq forvardın məşqlərə qoşulduğunu bildirən menecer onun Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə qarşı oynamasının riskli olduğunu söyləyib. Amma "Qəbələ" rəsmisi Zenyovun Avropa Liqasında qrup mərhələsinin ilk turunun Yunanıstan PAOK-u ilə görüşündə meydana çıxacağını vurğulayıb.

Qeyd edək ki, "Qəbələ" "İnter"lə sentyabrın 12-də, PAOK-la isə sentyabrın 17-də üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30