28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL-ın 7 futbolçusu rəmzi komandada

Premyer Liqada 32-ci turun rəmzi komandası məlum olub. Futbolxeber.az-ın məlumatına görə, İnstat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən çempionatın son turunun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:
 
Qapıçı: Ruslan Məcidov (AZAL)
 
Müdafiəçilər: Kamil Nurəhmədov (AZAL), Tural Nərimanov (AZAL), Junior Ailton (AZAL), Ruslan Əmircanov (İnter)
 
Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Oskars Klava (AZAL), Asif Məmmədov (İnter), Viktor İqbekoyi (AZAL)
 
Hücumçular: Mindauqas Kalonas (Rəvan), Ramil Mansurov (İnter)
 
Turun ən yaxşı oyunçusu AZAL-dan Viktor İqbekoyidir. Ötən turlarda olduğu kimi son turda da “Turan”ın futbolçusu David Janelidze qapıya ən çox zərbə vuran futbolçudur. Gürcü futbolçu həm də hava mübarizələrində uğurlu olub. 
 
Paytaxt “İnter”inin makedoniyalı legioneri Slavço Georgiyevski və “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli ötürmələrdə ən dəqiq futbolçulardır.
 
“Simurq”dan Rəşad Eyyubov ən çox top itkisinə yol verən, “İnter”li Brüs Abdulaye isə əksinə - ən çox topa yiyələnən oyunçudur.
 
“Neftçi”nin braziliyalı oyun qurucusu Flavio Aleks Valensio ən çox driblinq edən futbolçudur. “Rəvan”dan Mindauqas Kalonas tur ərzində hamıdan çox - 7 dəfə qayda pozuntusuna yol verib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31