19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Hafiz Məmmədov “Bakı”nın bazasını ziyarət etdi: “Bundan sonra hər şey yaxşı olacaq” EKSKLÜZİV

“Bakı”nın prezidenti Hafiz Məmmədov bu gün klubun bazasını ziyarət edib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədov I divizionun ilk turu çərçivəsində “Şərurspor”a qarşı baş tutan oyundan (2:1) sonra bazaya baş çəkib. Komandanı əzmkar qələbə münasibəti ilə təbrik edən klub prezidenti, bundan sonra hər şeyin yaxşı oilacağını qeyd edib: “İlk növbədə sizi bugünki əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər mübarizə aparıb, layiqli qələbə qazanmağınız məni çox sevindirdi. Son aylar ərzində “Bakı”da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə “Bakı” əvvəlki kimi iddialı olacaq. Kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarınının sədaqətini qiymətləndirməyə bilmərəm. Onlar daim mənimlə olacaqlar. Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və “Bakı” əvvəlkindən də güclü olacaq”.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30