18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Biz hər bir çətinliyə hazırıq"

Sabah Azərbaycan Kubokunun final matçında "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Uelsli mütəxəssis ilk öncə oyun haqda fikirlərini bildirib.

- İlk öncə onu qeyd edim ki, sabah Azərbaycan çempionuna qarşı oynayacağıq. Hər şeydən öncə “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. İngiltərədə deyirlər ki, çempionluq yağ və çörəkdir və biz də “Neftçi”ni təbrik edirik. Onlar mövsümdə Azərbaycan ən yaxşı komandası olduğunu sübut etdilər. Çempionat yağ və çörəkdirsə, kubok kremdir. Finala çıxmışıqsa, bu, göstərdiyimiz bir möhtəşəm oyunun sayəsində olub. Bu da “Bakı” ilə Lənkərandakı cavab matçı idi. Belə götürəndə, bu mövsüm “Xəzər Lənkəran” üçün uğursuz oldu. Çünki çempionatda uğursuz çıxış etdik. Ancaq bu oyuna yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. Mövsümün son oyununda irəliyə baxırıq. Möhtəşəm azarkeşlərimiz var və onlar üçün əlimizdən gələni etməliyik.

- Siz kubok məşqçisi, həmkarınız Böyükağa Hacıyev isə əcnəbilərin qənimi sayılır...

- Ümid edirəm ki, onunla dueldən sonra sağ qalacağıq. Biz hər şeyi təhlil etmişik və finalda qalib gəlməyə çalışacağıq.

- Kubokun qalibi çempiona qalib gəlsə, bu, nəyin göstəricisi olacaq?

- Belə müqayisələr aparmaq düzgün olmaz. Məsələn, İngiltərədə aşağı diviziona düşən “Uiqan” “Mançester Siti”yə qalib gəlib.

- Lənkəranlı azarkeşləri çempionatdan nəticədən asılı olmayaraq bir şey maraqlandırır: “Neftçi”yə qalib gəlmək...

- Bu, bizim üçün əlavə motivasiyadır. Biz hər bir çətinliyə hazırıq.

- Adrian Pitin vəziyyəti necədir?

- Pit bu oyuna hazır deyil. Ümid edirəm ki, 3 həftə sonra Avroliqaya hazırlaşdığımız zaman Adrian bizim sıralarda olacaq.

- Sizin üçün Superkuboku nə vaxt keçirmək münasibdir?

- Mən deyə bilmərəm ki, bu matç nə vaxt olacaq. Ancaq oyunun iyunun 28-də keçirilməyi yaxşı ideya deyil.

- “Neftçi”nin düşərgəsində deyirlər ki, “Xəzər Lənkəran” bizim hesabımıza Avroliqaya çıxıb. Rəqibin bu atmacasını necə qəbul edirsiniz?

- Səmimi olsaq, “Xəzər Lənkəran” cari mövsümdə çıxışı ilə Avroliqaya vəsiqə qazanmağa layiq deyil. Buna görə də biz “Neftçi”nin çempionluğu hesabına vəsiqə qazandıq. Ancaq finalda qalib gəlib, Avropaya getməyə layiq olduğumuzu göstərmək istəyirik.

- Niyə oyun öncə məşqi səhərə salmısınız?

- Biz son günlərdə belə məşq edirik və bu tarazlığı pozmaq istəmədik.

- Azərbaycan çempionatının səviyyəsi sizi qane edir?

- Çempionatın səviyyəsi, təşkilatçılığı qənaətbəxş sayıram. Ancaq məni bir şey təəccübləndirir: oyunların süni örtüklü meydançalarda keçirilməsi. Bu, karyeramda ilk dəfə olub.

- Siz “Neftçi” ilə ilk dəfə üzləşəcəksiniz. Rəqibdən çəkindiyiniz futbolçu, mövqe var?

- Məni daha çox öz komandamı düşündürür. Hər halda, rəqibi təhlil edəcəyik. Fikrimcə, futbolçular “Neftçi”ni məndən yaxşı tanıyır. Çünki onlar əvvəl bu rəqiblə görüşüb.

- Maraqlıdır, Toşak sabah ölkəmizdə hansı bayramın olduğunu bilir?

- Səhv eləmirəmsə, müstəqillik bayramıdır. Ümid edirəm ki, sabah oyundan sonra bayram Lənkəranda olacaq.

- Oyunu “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov də izləməyə gələcək. Ola bilərmi ki, qələbədən sonra klubun sahibi komandaya daha yaxşı baxdı?

- Biz gələn mövsümə daha yaxşı hazırlaşmalıyıq.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30