29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Qəbələ"nin hücumçusu millinin heyətində zədələnib

"Qəbələ" klubunun futbolçusu Sergey Zenyov Estoniya milli komandasının düşərgəsində zədələnib. "Report"un "Delfi Sport"a istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu Sloveniya yığması ilə sentyabrın 8-də keçirilmiş AVRO-2016-nın seçmə qrup matçı zamanı baldırından xəsarət alıb.

Nəticədə o, ikinci hissə başlayan kimi komanda yoldaşı Sander Puri ilə əvəzlənib. Zenyov oyundan sonra verdiyi açıqlamada axsadığını, lakin zədəsinin ciddi olduğuna inanmadığını söyləyib. O, ehtiyat addım kimi əvəzləndiyini əlavə edib. Baş məşqçi Maqnus Persson da zədənin ciddi ola biləcəyindən qorxduğu üçün Purini onun əvəzinə meydana buraxdığını təsdiqləyib.

"Qəbələ"nin mətbuat xidmətindən isə bildirilib ki, Zenyov klubun düşərgəsinə yenicə qayıdıb. Estoniyalı hücumçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Sergey Zenyov "Qəbələ"yə yayda transfer olunub. O, Avropa Liqasında 2, Azərbaycan Premyer Liqasında 1 qol vurub. Sloveniya ilə qarşılaşma Estoniya millisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Qəbələ" növbəti oyununu sentyabrın 12-də Bakıda "İnter"ə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasının IV tur qarşılaşmasından 5 gün sonra "qırmızı-qaralar" "Bakcell Arena"da Yunanıstan PAOK-u ilə Avropa Liqasının qrup matçına çıxacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31