25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Dimitrovski rəsmən "Qarabağ"da

"Qarabağ" növbəti transferini gerçəkləşdirib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi makedoniyalı futbolçu Vladimir Dimitrovskini transfer edib.

Makedoniya yığmasının üzvü ilə iki illik müqavilə imzalanıb. Artıq 26 yaşlı müdafiəçinin adı Peşəkar Futbol Liqasına sifariş edilib. 

Qeyd edək ki, daha öncə Makedoniya Futbol Federasiyası azad agent olan Dimitrovskiyə transfer vərəqəsini vermədiyi üçün onun "Qarabağ"a keçidinin rəsmiləşməsi yubanıb. Bu səbəbdən Ağdam təmsilçisi futbolçunun adını Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş edə bilməyib. Bu isə o deməkdir ki, Dimitrovski Azərbaycan Premyer Liqasının oyunlarından fərqli olaraq, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a kömək edə bilməyəcək.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30