18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” “qara bazar”a qarşı: Azarkeşlər də kluba dəstək olmalıdılar

Sentyabrın 17-də “Qəbələ” Avroliqanın qrup mərhələsinin ilk turunda PAOK-u qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, klub rəhbərliyi qarşıdakı oyun üçün biletləri satışa çıxarmağa tələsmir. Bu addım “qara bazar”a qarşı mübarizə aparmaq üçündür. Çünki biletlər satışa tez çıxarkən “qara bazar”dakıların işi daha da asanlaşır. Gündə 30-40 bilet almaqla onlar öz “ticarət”lərini rahat şəkildə qururlar. Biletlər oyuna mümkün qədər az vaxt qalmış satışa çıxarılsa, dəllalların da işi çətinləşəcək.

Azarkeşlər də bu məsələdə kluba dəstək olmalıdırlar. Biletləri kassadan, “qara bazar”dakından daha ucuz, yəni öz qiymətinə almaq lazımdır. Bu halda sonradan ortaya digər problemlər də çıxmayacaq. “Apollon”, “Panatinaikos”la oyunlar zamanı qarşılaşma günü kassalarda bilet qalmamışdı. Halbuki oyundan əvvəl “qara bazar”da satış hələ də davam edirdi. Bütün bu halların qarşısını almaq üçün “qara bazar”a qarşı, klub və mətbuatla yanaşı, azarkeşlər də mübarizə aparmalıdırlar. Odur ki, bütün futbolsevərləri "qara bazar"a "yox" deməyə və biletləri yalnız kassadan, öz qiymətinə almağa çağırırıq. Bu halda oyun günü "nə üçün kassada bilet yoxdu, amma "qara bazar"da satış davam edir" sualı da ortaya çıxmayacaq...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30