25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

PAOK-un Bakıya gələcəyi tarix bəlli oldu

UEFA Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq PAOK ilk matçını məhz təmsilçimizə qarşı keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, yunanların Bakıya gələcəyi tarix artıq bəllidi.

“Qəbələ” ilə sentyabrın 17-də qarşılaşacaq Saloniki təmsilçisi paytaxtımıza oyundan 1 gün əvvəl təşrif buyuracaq. PAOK ayın 16-da səhər saatlarında Bakıya yola düşəcək. Ölkə çempionatında AEK-lə keçiriləcək görüşü nəzərə alan yunanlar “Qəbələ” ilə oyundan dərhal sonra Azərbaycanı tərk edəcəklər.

PAOK-un baş məşqçisi İqor Tüdor Bakıda hansı taktikaya üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib. Xorvatiyalı çalışdırıcının ağlından keçən ilk taktiki sxem 3-4-2-1-di. Komanda bu sxemdə oynayacağı təqdirdə, hücumun sivri ucunda Dimitar Berbatov yer alacaq. Tüdorun fikirləşdiyi digər taktiki sxemdə isə 2 nominal hücumçu yer alır ki, belə olan halda, Berbatovun kiminlə duet təşkil edəcəyini təcrübəli çalışdırıcı hələ müəyyənləşdirə bilməyib.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – PAOK matçı saat 22:00-da start götürəcək (apasport.az).  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30