29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov: “Bəzi insanların məni “qatil” adlandırmasından narazıyam”

Vəkil Adəm Məmmədov “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovla görüşüb. Futbolxeber.az-ın məlumatına görə, bu haqda “Report”a vəkilin özü məlumat verib.

Vəkil bildirib ki, C.Hüseynov ona heç kimin cinayətkar deməsini doğru hesab etmir: "Cavid Hüseynov bəzi insanların mətbuatda onu "qatil" adlandırmasından narazıdır.  Hüquqi dövlətdə yaşayırıq və bu səbəbdən də məhkəmənin qərarı olmadan ona heç kimin cinayətkar deməsini doğru hesab etmir. Cavid Hüseynov özünü tam günahsız hesab edir. Mən də bunu dəfələrlə demişəm. Həm ifadələrdən, həm də toplanmış materiallardan görünür ki, o, günahsızdır. Çox təəssüflər olsun ki, cəmiyyətimiz hələ hüquq düşüncəsinə malik deyil. Bəzi insanlar çalışır ki, qərəzli şəkildə cəmiyyətimizə nəsə çatdırsın. Tam əminliklə deyirəm ki, Cavid Hüseynov günahsızdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31