25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Sadıqov: “Yadda ancaq nəticə qalır”

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun alındı. Matçın əvvəlində hər şey bizim üçün yaxşı keçirdi. Amma ikinci hissədə isə səhvlərə yol verdik. Bütövlükdə, oyuna nəzarət bizim əlimizdə idi. Hesabı bərabərləşdirəndən sonra da irəli atıldıq, qol vurmağa çalışdıq. Amma buna nail ola bilmədik.

- Sizcə, Bədavi Hüseynov niyə bu gün yaxşı çıxış etmədi?

- Müdafiəçinin mövqeyi elədir ki, sən 5-10 matçı yüksək səviyyədə keçirə bilərsən, amma bir oyunda buraxdığın səhv bütün uğurlarının üstündən xətt çəkər. Xorvatiya ilə oyunda Bədavi ən yaxşılardan biri idi. Amma Malta ilə görüşdə kobud səhvə yol verdik. Vaxtilə mən də kobud səhvlərə yol vermişəm. Bundan heç kim sığortalanmayıb. Nəticə çıxarmaq lazımdır.

- Sizə elə gəlmir ki, komandamızın belə nəzarət etdiyi oyunda hücumçularımız daha çox qol vurmağa borclu idilər?

- Bakıya qələbə ilə qayıda bilərdik. Hesab 1:1 olarkən qol vurmaq üçün yaxşı şansımız var idi. Qələbəyə çox yaxın idik. Biz hətta hesabı bərabərləşdirədndə də qola çox sevinmədik. Yenidən fərqlənmək barədə düşünürdük. Sadəcə, alınmadı.

- Siz özünüz milli komandanın təcrübəli futbolçularındansınız. Millimizin rəqibləri üzərində belə üstün futbol sərgilədiyi oyun xatırlayırsınız?

- Xeyr, xatırlamıram ki, hansısa görüşdə belə üstünlüyümüz olsun, amma qalib gəlməyək. Bu oyunda bizim üçün müsbət məqamlar çox idi. Yeganə üzücü məqam qələbə qazana bilməməyimizdir. Yadda ancaq nəticə qalır. Amma bütün göstəricilərdə rəqibdən üstün idik. Bütün bunları nəzərə alsaq, heç-heçə bizim üçün uğursuz nəticədir (azerisport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30