18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Xəzər Lənkəran”lılardan milli komandada ilk dubl

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. Futbolxeber.az-ın məlumatına görə, “Ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib. AVRO-2016-nın seçmə mərhələsinin dünən keçirilən Malta - Azərbaycan oyununda (2:2) meydana çıxan Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub. Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri Lənkəran klubunun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə DÇ-2014-ün səfərdəki seçmə oyununda vurmuşdu.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30