20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Prosineçki: “Komandam ən gözəl oyununu göstərdi”

“Komandamı təbrik etmək istəyirəm. 8 aydı burdayam. Mənim rəhbərliyim altında 4-cü rəsmi matçı idi”. Futbolxeber.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Ta Qalidə Malta yığmasının qonağı olub və görüş 2:2 hesabı ilə nəticələnib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis bu fikirləri səsləndirib:

“Komandam ən gözəl oyununu göstərdi. Rəqib hesabda öndə olanda da hücum futbolunu davam etdirik. Öz səhvlərimizə görə, rəqib iki dəfə qapıya zərbə vurdu, hər ikisi də qol oldu. Bizim isə 21 qapıya zərbəmiz oldu. Təəssüf ki, qol şanslarından yararlana bilmədik. Amma yenə də komandamdan razıyam”.

- Bu gün 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Oyunun gedişini nəzərə alsaq, deməliyəm ki, 2 xal itirdik. Futbolda səhvlər bağışlanmır. Oyunboyu hücum edən tərəf biz olduq. Amma rəqib buraxdığımız səhvləri bağışlamadı.

 - Bu səhvlər nə ilə bağlı idi. Komandada yorğunluq var idi?

- Neçə aydı Azərbaycandayam, ölkə futbolunu yaxından izləyirəm. Biz çox gözəl oyun nümayiş etdirdik. Con Terri kimi ulduz futbolçular da səhv edirlər. Bəzən rəqib bunu bağışlamır. Yorğunluq səbəb deyildi. Komanda sona qədər mübarizə apardı.

- Hər iki qolu Rahid Əmirquliyev vurdu...

 - Ruslan Qurbanov çox çalışdı meydançada. İkinci qolun son ötürməsini də Ruslan verdi. Onun bir dəfə qol vurmaq şansı da var idi. Bu gün Maltanın qapıçısının günü idi. Ruslandan razı qaldım. Azərbaycan yığması artıq futbol oynayır. Bununla fəxr etməliyik. Hamı mübarizə aparır. Belə havada belə oyuna görə fəxr edə bilərik.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30