19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mahmud Qurbanov: “Hədəfimiz Maltadan evə 3 xalla qayıtmaqdı”

Azərbaycan yığmasının köməkçi-məşqçisi Mahmud Qurbanovun müsahibəsi

- Söhbətə Avro-2016-nın seçmə mərhələsində Xorvatiya yığmasına qarşı keçirilən oyundan başlayaq. Qarşılaşma gözlədiyiniz kimi keçdi?

- Çətin oyun olacağını hamı gözləyirdi. Maraqlı və gərgin görüş izlədik. Şəxsən mən yığmamızın yaxşı oyun sərgilədiyini düşünürəm. Onu da nəzərə almaq lazımdı ki, Xorvatiya yığması Avropanın ən güclülərindən biridi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq göstərdilər. Xorvatiya yığmasının, heyətindəki futbolçuların adlarından çəkinmədilər. Azarkeşlər darıxmadılar. 90 dəqiqə ərzində başabaş mübarizə apardıq. Hətta bəzi komponentlərdə komandamız rəqibi üstələdi.

- Bir xal uğurdu, yoxsa qələbə qazanmaq da olardı?

- Məncə, Xorvatiya yığması ilə görüşdə 1 xal uğurlu nəticədi. Düzdü, əks-hücumlar zamanı rəqibi cəzalandıra da bilərdik. Ancaq xorvatların da qol vurmaq imkanları oldu.

- Bu bərabərliyin Malta ilə görüş öncəsi nə kimi üstünlüyü ola  bilər?

- Yığmada  ab-hava, onsuz da, yaxşı idi. Xorvatiya ilə qarşılaşmada əldə olunan bərabərlik bu əhval-ruhiyyəni daha da artırdı. Futbolçular artıq özlərinə, güclərinə inanırlar. Hədəfimiz Maltadan evə 3 xalla qayıtmaqdı.

- Xorvatiya ilə heç-heçədən sonra Malta üzərində qələbə qazanmasanız, buna necə reaksiya olacağını gözləyirsiniz?

- Pessimist olmaq istəməzdim. Məqsədimiz qələbə qazanmaqdı. Bilirik ki, Malta millisi də 3 xal qazanmaq üçün əlindən gələni edəcək. Hər şey meydançada həll olacaq.

- Robert Prosineçkinin gəlişindən sonra komanda nəticə əldə etməklə yanaşı, həm də baxımlı oyun sərgiləyir. Baş məşqçi nə kimi dəyişikliklərə əl atdı?

- Baş məşqçi amili futbolda əsas faktordu. Prosineçki futbolçularla fərdi söhbətlər etməklə onları öz güclərinə inanmağa sövq edir. Onlara meydançada üstün keyfiyyətlərini göstərməyi tövsiyə edir. İndi daha əzmkar və diqqətli çıxış edir, meydançada çox qaçırlar. Top saxlamağı da, hücum qurmağı da bacarırlar.

- Prosineçkinin ən böyük üstünlüyü nədi?

- Ən böyük üstünlüyü bayaq da qeyd etdiyim kimi, futbolçularla fərdi söhbət aparmasıdı. Həmişə onlara deyir ki, öz gücünüzə inanın ki, bacardıqlarınızı meydançada göstərə biləsiniz. Milliyə dəvət edilən bütün oyunçular Prosineçkinin onlara güvəndiyini hiss edirlər.

- Oyun zamanı bir yerdə dayana bilmir. Məşqdə də aqressivdi?

- Çox həyəcanlı olur, həmin anı yaşayır. Məşqdə də çox enerjili olur, dayanmadan tapşırıqlar verir. Hətta məşqdə də kimsə topu itirəndə dərhal reaksiya verir. Bu, xasiyyətdən irəli gəlir.

- “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasında qrup mərhələsinə qədər irəliləməsinin yığmaya nə kimi xeyri oldu?

- Çox böyük xeyri oldu. Çünki “Qarabağ” və “Qəbələ”dən milliyə çox oyunçu gəlib. Onların qrupa düşmələri, orda çıxış etmələri özləri üçün böyük təcrübədi. Bu təcrübə sayəsində yığmaya daha çox köməkləri dəyir. Düzdü, klubla yığma səviyyəsini eyniləşdirmək olmaz. Çünki milli komandalar daha səviyyəli olurlar. Bununla yanaşı, Xorvatiya ilə matçdan öncə Malta üzərində qələbə, Norveçlə heç-heçə futbolçularımıza əlavə stmul verib. Futbolçularımız Xorvatiya ilə qarşılaşmada da göstərdilər ki, oynamağı bacarırlar.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30