19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Xorvatiya ilə oyunu 10 ay idi gözləyirdim”

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dünya səviyyəli futbolçulara qarşı oynayırdıq. 10 ay idi ki, xorvatlarla oyunu gözləyirdim. Düzdür, biz Osiyekdəki məğlubiyyətin əvəzini qələbə ilə çıxa bilmədik. Amma ən az yaxşı oyun göstərməyə çalışdıq və uduzmadıq.

- 10 aylıq gözləntiləriniz özünü doğrultdu?

- 0:6 hesablı məğlubiyyətdən sonra çox adam bizdən incimişdi. Həmin məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni etdik. Ola bilsin ki, alınmadı. Amma rəqib də Xorvatiya idi. Bir xal qazandığımız üçün də şadam.

- Sizi adətən çox sevinən görməmişik. Amma bu gün doğrudan da sevinclisiniz...

- Başa düşürəm ki, artıq 33 yaşım var. Yığmada yenə oynamaq imkanımın olub-olmayacağını bilmirəm. Karyeramın sonunda bütün uğurlar mənə şirin gəlir. Mənim üçün hər bir nəticə önəmlidir. Ona görə də sevinirəm.

- Arif Daşdəmirova çox irad tuturdunuz...

- Bilirdim ki, bu barədə sual verəcəksiniz. Meydanda bir-birimizi eşitmək çətin idi. Ona görə də qışqırmalı olacaqdım. O, mənim qardaşımdır, aramızda heç bir problem yoxdur, ola da bilməz (azerisport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30