23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Robert Prosineçki: “Oyunçularımla fəxr edirəm”

"Öz oyunçularımla fəxr edirəm. Xorvatiya kimi güclü yığmaya qarşı oynadıq və bir xal qazandıq. Bizi daha bir çətin oyun gözləyir. Azarkeşlərə dəstəyə görə çox sağol deyirəm”. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsində Xorvatiya ilə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib. Daha sonra o, sualları cavablandırıb:

- Xorvatiya millisi haqda məlumatlı olmağınızın faydası oldumu?

- Sözsüz ki, oldu. Ancaq ilk növbədə komandamın əzmkar oyununu qeyd etməliyəm. Xorvatiyaya qarşı belə mübarizə aparmaq asan deyil.

- Niyə hücumda məhz Məhəmməd Qurbanova şans verdiniz? Rauf Əliyevi də sınamaq olmazdı?

- Bu suala cavab vermək istəmirəm.

- Milli komandamız tarixində ilk dəfə olaraq ardıcıl üç oyunda xal qazandı. Bu, sizin üçün nə deməkdir?

- Bu o deməkdir ki, futbolçularımız çox çalışır. Komandamız öz üzərində dayanmadan işləyir. Bütün Azərbaycan belə futbolçularla fəxr edə bilər.

- Belə oyunla Maltaya qalib gəlmək olar?

- Məncə, siz Xorvatiyanın nəyə qadir olduğunu bilmirsiniz. Malta ilə oyunda əlimizdən gələni edəcəyik ki, Bakıya xalla qayıdaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30