28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən “Futbolxeber”in xəbərinə reaksiya

Bir qədər əvvəl Futbolxeber.az saytında “Neftçi”də otaq davası: Elnur Məmmədovun qərarı narazılığa səbəb oldu” başlıqlı xəbər gedib. “Ağ-qaralar”ın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə müvəqqəti olaraq rəhbərlik edən Mehman Rəsulov bununla bağlı saytımıza fikirlərini göndərib. Həmin fikirlər olduğu kimi təqdim edirik:

- “Neftçi” PFK-nın inzibati binasındakı şəraitlə bağlı yazını oxudum. Buna cavab olaraq danışmaq yox əyani sübut olaraq binadakı şəraiti göstərmək istəyirdim. Gəlin və yerində vəziyyətlə tanış olun. Əgər kimsə klubda yaradılan şərait barədə həqiqəti bilmək istəyirsə qoy gəlsin öz gözləri ilə görsün. Mülahizə və “etibarlı mənbədən alınan məlumat”lar xarakterli ifadələrlə yetinməyək. Tənqidlərə açıq adam olduğumu məni tanıyan hər kəs bilir. İnzibati binadakı otaqlarda dəyişiklik edilibmi? Bəli edilib. Məsələn “Media və İctimaiyyətlə Əlaqələr” şöbəsinin yeni otağında çölə açılan pəncərəmiz var. İnzibatçılara əşyalarını yığdıqdan sonra hərəkət də edə biləcəkləri ölçüdə geniş otaq verilib. Ayaqyolu çatışmazlığı filan da yoxdur. “Kadr, Hüquq və Lisenziyalaşdırma Departamenti”nin rəhbəri Gülnarə Adıgözəlovaya gəlincə. Kollektivdə böyük hörmətə malik bir xanımdır. Tam səmimi deyim. Adını bu yazıda görmək ən çox ona təsir etdi. Bilirsiz, vicdanlı və düzgün insanın hansı otaqda əyləşməsi az önəmlidir. Gülnarə Adıgözəlova ilə bir kollektivdə çalışdığım üçün şərəf duyuram”.

Hə, əziz Futbolxəbər kollektivi size bir daha klubumuza dəvət edirəm. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək əfsəldir.

REDAKSİYADAN: "Neftçi" rəsmilərindən yazımıza dərhal cavab gəldi. Kaş, həmişə belə operativ olaydılar. Mehman Rəsulovun təklifini qarşıdakı günlərdə mütləq dəyərləndirəcəyik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31