16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” Ukrayna toplanışına start verdi

illi komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. “Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələri bu gün - toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.

Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü - sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30