25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA yeni sponsorla müqavilə imzaladı

Bu gün “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirin aparıcısı Sənan Şəfizadə təşkilatçılar adından qonaqları salamladıqdan sonra müqavilə barədə qısa məlumat verib. Sonra Azərbaycan milli komandasının son dövrlərdə vurduğu qolların xülasəsindən ibarət videoçarx nümayiş etdirilib.

Videoçarxın nümayişinin ardından AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos çıxış edərək əməkdaşlığın uzunmüddətli və hər iki tərəf üçün faydalı olacağına ümid etdiklərini bildiriblər.

Çıxışlardan sonra Elxan Məmmədov və Valentin Osolos AFFA ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsini imzalayıblar.

Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib. AFFA-nın hədiyyəsi - üzərində milli komandanın futbolçularının imzası olan futbolka Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki tərəfindən təqdim olunub.

Sonda Robert Prosineçki, Elxan Məmmədov və Valentin Osolosun iştirakı ilə brifinq keçirilib, mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, müqaviləyə əsasən, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30