28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayev: “Başa düşə bilmirəm, kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun?”

Bu gün futbol üzrə Azərbaycan I Divizionunun 2015/2016-cı illər mövsümünün  püşkatma mərasimi keçirildi. Futbolxeber.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın reqlamenti ilə bağlı məlumat verdi və əsasnamədə  olan dəyişikliklərdən danışıb.

Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib. Yeni mövsümün başlanması ilə əlaqədar olaraq, hər bir klubu təbrik edən  R. Musayev çıxışı zamanı bir sıra məqamlara toxunub: “Ötən il maraqlı çempionata şahidlik etdik. Deyərdim ki, komandalar öz oyunları ilə Premyer Liqa klublarından geri qalmadılar. Növbəti çempionatda 14 komanda iştirak edəcək. Mən komanda sayının çox olmasının tərəfdarıyam. Komanda sayı nə qədər çox olsa, iş yerlərinin sayı da bir o qədər çox olar, çox sayda oyunçu çıxış edər.  Amma bizim o qədər büdcəmiz yoxdur ki, komandalara kömək edək. Vaxtilə olub, kömək etmişik. Bunu iştirakçı komandalar da təsdiqləyə bilərlər. Biz müvafiq yollarla klublara dəstək olmuşuq. Onlara geyim dəstləri, toplar hədiyyə etmişik.  İndi də çalışırıq ki, bacardığımız qədər sizə kömək edək. Ötən il I Divizionda oyun alqı-satqısı ilə bağlı müəyyən söz-söhbətlər vardı. Mənim həyatım boyu bir  əqidəm olub. Güclünün qalib gəldiyini istəmişəm, ədalət tərəfdarı olmuşam və sözü birbaşa demişəm. Əgər bu il də belə bir şey olacaqsa, mən sizdən dəstək gözləyəcəyəm. Futbol mübarizə oyunudur. Mən başa düşə bilmirəm ki, kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun? Çempionatda iştirak edən komanda təkcə öz adı üçün oynamır. Həmin komandalar  ölkəmizin adını daşıyır. Belə şübhəli oyunlarla bağlı bizə ölkə xaricindən məktublar  gəlir. Belə olmaz… Əgər bilsək ki,  hər hansı bir komanda oyun alqı-satqısına gedib,  biz ciddi tədbirlər görəcəyik. Mən vəzifəmdən  istifadə eləmirəm, sadəcə istəmirəm ki, kiminsə haqqı tapdansın”.

Ramin Musayev çıxışına belə davam edib: “Premyer Liqada iştirak etmək istəyən komandaların nəzərinə çatdırım ki, bu mövsüm birinci pilləni tutacaq komanda elitaya gələcək. Sadəcə, bunun üçün lisenziya şərtlərini indidən yerinə yetirmək, tələblərə cavab vermək lazımdı”.

Püşkatma mərasimindən sonra azsaylı jurnalistlərin suallarını cavablandıran PFL prezidenti “Şuşa Qarabağ”ın mübarizədən kənarda qalmasından və ötənilki süni yaşazaltma probleminə qarşı görülən tədbirlərdən danışıb: “Ötənilki "lipa" probleminə qarşı tədbirlər görülüb. PFL tərəfindən hazırlanmış plastik və hologramlı lisenziyalarda şəkilləri dəyişmək mümkün deyil. Biz bu problemi həll etmişik. “Şuşa Qarabağ”ın kənarda qalmasına gəlincə, bu, sponsorla bağlı məsələdir. Mən çox şəxslərlə görüşüb, danışmışdım ki, kömək etsinlər. Amma yaxın duran olmadı. Baş məşqçi Nadir Qasımov bu yaşda gəlib komandanı çalışdırdı, canından keçdi. Buna baxmayaraq, komandaya dəstək olmadılar. Heç oyunlarına belə gəlmədilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31