20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”nin yeni xilaskarı kim olacaq?

Dünən sosial şəbəkələrdə 2007-ci ildə Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Bakı” - “Neftçi” (5:1) oyununun videosu yayıldı. Futbolxeber.az-ın məlumatına görə, böyük maraqla izlənilən həmin videoda ən çox diqqətçəkən məqam o zaman “ağ-qaralar”a rəhbərlik edən, hazırda isə AFFA-nın prezidenti olan Rövnəq Abdullayevin görüşü Sadıq Sadıqovla birgə izləməsidir. Bu məqam bir daha onu göstərir ki, son 10 ildə “Neftçi”yə rəhbərlik edən şəxslər birbaşa SOCAR rəhbərliyi tərəfindən təyin olunur. Amma hər prezidentin də dönəmi uğurlu olmur. Diqqət etsək görərik ki, əvvəl “Neftçi”yə Rövnəq Abdullayev başçılıq edirdi. Hazırkı AFFA prezidentinin dövründə “Neftçi” ölkə çempionu oldu, “Birlik kuboku”nu qazandı, eləcə də Avropada ilk dəfə mərhələ adladı. Sonradan kluba Əkbər Hacıyev rəhbərlik etdi ki, həmin dövrdə “ağ-qaralar” durğunluq yaşadı. Ardınca “Neftçi”nin prezidenti postu Sadıq Sadıqova tapşırıldı. Komanda yenə uğur qazandı. “Ağ-qaralar” 3 dəfə çempion oldu, 2 dəfə kuboku qazandı. Eləcə də Avropada tarix yazdı. İndi isə “Neftçi”yə Çingiz Abdullayev rəhbərlik edir. Çoxlarına məlumdur ki, əsas söz sahibi Abdullayev olsa da, klubda bütün işləri Elnur Məmmədov görür. Hazırki “Neftçi”də də durğunluq yaşanır. Bu gedişlə yenidən “ağ-qaralar”ın rəhbər postunda dəyişiklik olacaq. Maraqlıdır ki, növbəti rəhbər kim olacaq? “Neftçi”nin xilaskarı elə Rövnəq Abdullayevdir. AFFA prezidenti komandanı əvvəlki səviyyəyə qaytarmaq istəyirsə, “ağ-qaralar”a növbəti xilaskarını göndərməlidir.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30