19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roman Qriqorçuk: "Sehirli çubuğum olsaydı, Bakıda "Panatinaikos"u 5:0 hesabı ilə məğlub edərdik"

“Bu cür oyunlarda uğursuz keçinmək mümkün deyil. “Panatinaikos”la oyuna adi qaydada hazırlaşmışıq. Nəzərə almaq lazımdır ki, son vaxtlar biz sıx qrafikdə oynayırıq. Futbolxeber.az-ın Afinaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Panatinaikos”un qonağı olacaq “Qəbələ”nin çalışdırıcısı hazırda matçın oynanılacağı “Apostolos Nikolaidis” stadionunda oyunöncəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis sabahkı matçda komandaların kombinasiyalı oyuna üstünlük verəcəyini bildirib: “Heyətdə hansı itkilərimizin olduğunu bilirsiniz. Qalan futbolçuların hamısı hazırdır. Sabahkı oyuna futbolçularımız həyatlarındakı ən vacib hadisələrdən biri kimi yanaşmalıdırlar. Əminəm ki, sabahkı görüş Bakıdakı oyundan fərqlənəcək. Bunun əsas səbəblərindən biri də qazondur. Mən artıq burada meydanın durumu ilə tanış olmuşam. Sabah hər iki komanda kombinasiyalı oyuna üstünlük verəcək. Komandalar öz tərzlərində çıxış edə bilərlər. Kim bunu yaxşı bacarsa, o da mərhələ adlayacaq”.   

Qriqorçuk komandasının psixoloji cəhətdən problem yaşamayacağını qeyd edib: “Sabah stadionda hansı ab-havanın yaşanacağını bilirəm. Amma heyətimizdəki futbolçular təcrübəlidirlər. Heç bir halda bu, bizim üçün maneə ola bilməz. Təbii ki, sabahkı oyunda azarkeşlərimizin yeri də görünəcək. Son oyunlarda fanatlarımız bizə möhtəşəm dəstək veriblər. Onların dəstəyi bizim üçün böyük motivasiyadır”.

Qriqorçuk “Əlinizdə sehirli çubuğunuz olsaydı, rəqibin hansı futbolçusunu aradan götürmək istərdiniz” sualını belə cavablandırıb: “Sehirli çubuğum olsaydı, biz evdə 5:0 hesablı qələbə qazanardıq və mən cavab görüşündə heç bir rəqib futbolçunu aradan götürmək istəməzdim. “Panatinaikos”la görüşdə rəqibin gücünü nəzərə alsaq, bizə 2-3 sehirli çubuq lazım gələcək. Təəssüf ki, bizdə də o yoxdur. Sabahkı matçda bizə sərf edəcək istənilən nəticə məni qane edir”. 

   

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30