19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Panatinaikos”un yarımmüdafiəçisi: “Azərbaycan yığması 6 qol vurduğumuz komanda deyil”

“Yenidən milliyə dəvət almaq çox xoşdu. Bəlkə də, taleyimizi həll edəcək iki kritik matça çıxacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Daniel Pranyiç deyib.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan, 6-da isə Norveçlə qarşılaşacaq xorvatiyalıların hədəfi qələbə qazanmaqla, final mərhələsinə vəsiqəni rəsmiləşdirməkdi.

Pranyiç Xorvatiya mətbuatına açıqlamasında bu iki matçın əhəmiyyətinin onlar üçün böyük olduğunu söyləyib: “Həm Azərbaycan, həm də Norveçə qalib gəlsək, final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcəyik. Əgər əlimizə belə bir imkan düşübsə, niyə də istifadə etməyək? Əlimizdən gələni edəcəyik ki, bu işi son turlara saxlamayaq. Amma etiraf etmək lazımdı ki, bizi ağır oyunlar gözləyir. Xüsusən də, Norveç əsas rəqiblərimizdən biridi. Onlar da ilk iki yerdən birini tutmağı hədəfləyiblər. Osloda ölüm-dirim mübarizəsi gedəcək”.

Avqustun 20-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”un heyətində Bakıda “Qəbələ”yə qarşı çıxış edən Pranyiç paytaxtımıza növbəti səfəri barədə də danışıb. 34 yaşlı futbolçu yığmamızla görüşün çətin keçəcəyini düşünür: “Azərbaycan klubu ilə Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlmişik. Bakıda bərabər səviyyəli mübarizə getdi. Onların bir neçə üzvünün yığma oyunçusu olduğunu nəzərə alsaq, sentyabrda işimizin çətin olacağını demək olar. Əminliklə söyləyə bilərəm ki, bu Azərbaycan yığması Xorvatiyada 6 qol vurduğumuz komanda deyil. Həmin vaxtdan bəri baş məşqçiləri də dəyişib. Robert Prosineçkinin orda çalışması bizim üçün heç də yaxşı deyil. Çünki Prosineçki Xorvatiya futbolunu əlinin içi kimi bilir. Buna baxmayaraq, bizim komandada istənilən oyunun taleyini həll edə biləcək futbolçular var. Öz oyunumuzu göstərə bilsək, Bakıda qələbə qazana və Norveç səfərinə yüksək-əhval ruhiyyədə yollana bilərik”.

Qeyd edək ki, sentyabrın 3-də “Bakcell Arena”da Xorvatiya millisini qəbul edəcək yığmamız 3 gündən sonra Maltanın qonağı olacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30