19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” “Panatinaikos”la cavab oyununun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) cavab oyununun hazırlığına start verib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın III turunun “Kəpəz”lə avqustun 23-də baş tutan ev qarşılaşmasından (1:0) sonra hazırlıqlara fasilə verməyən “qırmızı-qaralar” dünən növbəti məşqinə çıxıb. Qəbələ şəhər stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətləri ilə başladığı məşqi toplu çalışmalarla davam etdirib. Komandanın növbəti məşqi bu gün baş tutacaq. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar” axşam çalışması ilə kifayətlənəcək. “Qəbələ” pley-offun cavab oyununun keçiriləcəyi Afinaya avqustun 26-da yollanacaq. Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq komanda avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30