28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Şəmkir”in prezidenti: “Məqsədimiz ilk "üçlüy"ə düşməkdir”

“Şəmkir” klubunun prezidenti  Fərid Hüseynovun müsahibəsi


- İlk öncə “Şəmkir”dəki son durum haqqında məlumat almaq istərdik. 

- Növbəti mövsümün başlanması ilə əlaqədar klubda ciddi işlər görürük. Baxışda olan yeni futbolçularımız var. Çalışırıq ki, başqa heyət formalaşdıraq. Bir neçə yoldaşlıq görüşü keçirdik. Nəticələr də istəyimizə uyğundur. İnzibati heyəti də yenidən formalaşdırmışıq. Əsas məqsədimiz Şəmkirdə yeni peşəkar klub formalaşdırmaqdır. Qarşımızda duran əsas vəzifə 2015/2016 mövsümündə 1-ci divizionda ilk “üçlüy”ə çıxmaqdır.

- Rəhbərlik tərəfindən klubun inkişafı üçün hansı addımlar atılır?

- Klubun inkişafı üçün təkcə rəhbərlik deyil, eyni zamanda bütün şəmkirlilər əllərindən gələni əsirgəmirlər. Rayon rəhbərliyi daim öz dəstəyini və diqqətini bizə göstərir. Çalışırıq ki, Azərbaycan futboluna yeni simalar bəxş edək. Bunun üçün eyni zamanda uşaq futboluna da diqqət ayırırıq. Klubun maddi durumu yaxşı ola bilər, istədyimiz futbolçunu da transfer edə bilərik. Amma biz yerli futbolçuların yetişməsinə önəm veririk. Bir klubun uşaq futbol akademiyası yoxdursa, orada inkişafdan söz gedə bilməz. 

- Bildiyimizə görə “Şəmkir” klubuna yeni baza yaradılır. Ümumiyyətlə klubun infrastrukturu nə yerdədir?

- I divizonda oynayan bir klub üçün demək olar ki, “Şəmkir” lazım olan hər şeylə təmin olunub. Hazırda oyunlarımızı Şəmkir İdman Kopleksinin meydançasında keçirdirik. Kluba yeni infrastrukutur yaradılır. Gələcəkdə qonaq komandaların gecələməsi üçün də baza yaradılacaq. Düzü, bu gün üçün bizi hər şey qane edir. Amma gələcək üçün əsas problemimiz UEFA standartlarına uyğun stadionun olmamasıdır ki, bunu da yaratmağa israrlıyıq. Gələcəkdə klubumuzun lisenziyalaşdırmada heç bir problemi olmayacaq. Çünki bu istiqamətdə bütün işlər görülür.

- Hazırda Azərbaycan futbolunda əsas problemi maddi sıxıntıların olmasıdır. “Şəmkir”in bu məsələdə durumu nə yerdədir?

- Azərbaycanda futbolun inkişafı ilə bağlı AFFA və PFL klublara maddi yardım ayırır. Bu vəsait isə minumum tələblərin icrası üçün yetərlidir. Amma klubun daha yaxşı inkişafı üçün, əlavə infrastrukturun qurulması, daha peşəkar oyunçuların transfer olunması üçün əlavə vəsait tələb olunur. . Bu qarşıya qoyulan məqsədə nail olmaqda işi sürətləndirir. Bizə isə rayon rəhbərliyi tərəfindən böyük dəstək olunur. Daim qayğı və diqqət göstərirlər. Ümumilikdə isə “Şəmkir”in futbol sevgisi maddiyatdan aslı deyil. İnanilmaz azərkeş sevgisi və dayağı var bu klubda. Ümumilikdə isə “Şəmkir”in futbol sevgisi maddiyatdan asılı deyil. Şəmkirdə futbol idman deyil, bir yaşam tərzidir, gündəlik həyatın bir hissəsidir. Bu bizim digər klublardan ən böyük üstünlüyümüzdür. Şəmkirdə klubumuzun sevgisi ilə yaşayan insanlar var ki, təmənnasız olaraq kluba dəstək olmağa hazırdılar. Hər bir şəmkirli klub üçün əlindən gələni əsirgəmir. Bir klub madiyyatdan aslı olarsa nəvaxtsa pis durumda olanda o klubun dağılmaq ehtimalı var. Ona görə də biz işimizi sağlam qurmağa çalışırıq. Yəni biz belə qorxudan azadıq.

- Klubun əksər futbolçuları gənclərdən təşkil olunub. Bu heyətə etimadınız nə qədərdir?

- Heyətdə olan hər bir futbolçuya inamımız yüksəkdir. Biz onların bütün işlərində dəstək olduğumuz kimi, onların da klubumuzun yükünü çiyinlərində daşımağa hazır olduqlarına əminik.

- Klubun məşqçi heyətinin işi necə, sizi qane edir?

- Məşqçi heyətə inanırıq, güvənirik və onların işindən razıyıq. Amma hər bir məşqçinin işini klubun turnirdəki yeri göstərir. Demək olar ki klubun inkişafı üçün verə biləcəklərinin maksimumunu verirlər. Amma bu bizim üçün yenə də limit deyil. Onların da inkişafında maraqlıyıq. Ümumiyyətlə hər hansı bir işdə özümüzü çərçivəyə, limitə salmaq istəmirik. Uğurun həddi, sonu, limiti olmur. Çünki biz azarekeşlər üçün iş görürük. Stadionda oturacaqların sayına görə azarkeş limiti ola bilər, amma klub sevgisi limitlə deyil. 

- Klub Premyer Liqaya vəsiqə qazanmayacağı tədqirdə yenidən dəyişikliklər olacaq?

- Bunu zaman göstərəcək. Amma biz gördüyümüz bütün işlərin yaxşı tərəfini düşünürük. Məqsədimiz ilk üçlüyə düşməkdir. Bütün bunları da klubda sağlam ailə mühiti yaratmaqla nail olmaq istəyirik. 

-2014/2015-ci il mövsümunun yekunları, nəticələri, görülən işlər barədə nə deyə bilərsiniz? Klubun gələcək planları nədən ibarətdir?

- Turnir cədvəli hər şeyi göstərir. Hər bir qazanılan xal böyük əzmkarlıqdan və əziyyətdən keçib. Bildiyiniz kimi, “Şəmkir” klubuna 2014/2015 mövsümünün ikinci dövrəsindən dəstək olmağa başladıq. Altı ay çox qısa bir zamandır ki, böyük nəticələr əldə edək. Amma buna baxmayaraq biz çox işlər gördük. Ən əsas nailiyyətimiz insanların yenidən oyunlara baxmaq üçün meydanlara gəlməsi oldu. Bu təsvir olunmaz və müqayisəolunmaz bir nailiyyətdir. Turnir cədvəlindəki yerimizdən asılı olmayaraq hər bir rəqiblə meydana ancaq qələbə üçün çıxdığımızı göstərdik. Ən əsası bütün klublara “Şəmkir”in ciddi rəqib olduğunu anlada bildik. Bundan sonra da belə olacaq. İnanıram ki, əməyimizin bəhrəsini yeni mövsümdə görəcəyik. 

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31