18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Neftçi” 140 gündən sonra qələbə qazandı

“Neftçi”nin Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, sonuncu dəfə aprelin 5-də “Simurq”la səfər qarşılaşmasında (1:0) qalib gələn paytaxt təmsilçisi 140 gündən sonra qələbə qazanıb. Samir Əliyevin yetirmələri uğursuz seriyanı III turun “Sumqayıt”la ev oyununda (2:1) qırıb. Bu müddətdə 9 qarşılaşma keçirən “ağ-qaralar” 5 heç-heçə edib və 4 məğlubiyyət alıb. Azərbaycan çempionatlarının tarixində özünün ən uzun qələbəsiz seriyasını rəsmiləşdirən “Neftçi” bu qarşılaşmalarda 8 qol vurub, 16-nı buraxmışdı.

4 aydan artıqdır ki, davam edən bu antirekorda qədər paytaxt klubunun ən uzun qələbəsiz seriyası 5 oyunu əhatə edirdi. Belə seriyaya ölkə çempionatlarında 5 dəfə təsadüf olunmuşdu.

 

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30