29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Azərbaycan millisinə 6 qol vura bilmərik"

"Robert Prosineçki Xorvatiya yığmasını yaxşı tanıyır. Burada gizli heç nə yoxdur. O, daha öncə burada olub və Xorvatiya millisində oynayıb. Ona görə də, Xorvatiya millisini gözəl tanıyır". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

Xorvatiya mətbuatına danışan 43 yaşlı mütəxəssis "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan millisi ilə oyuna toxunub. O, Azərbaycan yığmasının hazırda daha ciddi komanda olduğunu bildirib: "Prosineçki ilə uzun illər birgə oynamışıq və yaxşı münasibətimiz olub. O, "Barselona"nın oyun üslubunu, topla oynamağı sevir. Həmin oyun üslubunu hazırda çalışdığı Azərbaycan yığmasında da tətbiq edir. Doğrudur, bəzi futbolçular onun bu üslubuna uyğun səviyyədə deyil. Lakin Prosineçki hər zaman topun səhvsiz ötürülməsində israrlıdır.

O, heç də yaxşı vəziyyətdə olmayan bir yığma komandaya rəhbərlik etmək vəzifəsini üzərinə götürdü. Lakin seçmə mərhələnin iki oyunundan sonra komandanı ayağa qaldıra bilib. Prosineçki yığmanı modernləşdirib. Artıq Azərbaycan millisi daha ciddi komandadır. Bu mənada düşünmürəm ki, Osiyekdəki nəticəni təkrarlaya bilək. Səfərdə də onlara 6 qol vurmaq asan olmayacaq. Üstəlik 35 dərəcə istidə oynamaq bizə çətinlik yaradacaq. Azərbaycanda rəhbərlik də Prosineçkiyə inanır və ondan uğur gözləyir".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-də, Bakıda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31