19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: “Qəbələdə gərgin oyun olacaq”

“Digər oyunlara necə hazırlaşmışıqsa, qarşıdakı görüşə də o cür hazırlıq olub. Həftə boyu komanda səylə məşq edib”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə söyləyib. Təcrübəli məşqçi Gəncə təmsilçisinin çempionatın 3-cü turunda qarşılaşacağı “Qəbələ” ilə matç haqda fikirlərinə daha sonra belə davam edib: “Hazırlıq dönəmində sırf Qəbələ klubuna qarşı hazırlıq olmayıb. Taktiki planda dəyişiklik olacaq. Ancaq motivasiya, əhval-ruhiyyə baxımından dəyişiklik yoxdur. Komanda oyuna digər matçlara olduğu kimi yanaşır. Bilirik ki, bizi çətin oyun gözləyir”.

Diniyev oyundan gözləntiləri haqda da danışıb: “İki oyundu yaxşı çıxış etsək də, qələbə qazana bilmirik. Gəncə azarkeşləri, rəhbərlik bizdən uğurlu nəticə gözləyir, meydana bunun üçün çıxacağıq. Komanda ilk öncə yaxşı futbol göstərməyə çalışacaq. Bu olarsa, mütləq nəticə də gələcək”.

“Sarı-göylər”in çalışdırıcısı rəqibin güclü olduğunu da deyib. O, “Qəbələ”nin səviyyəli futbolçulardan qurulduğunu bildirib: “Ölkənin ən iddialı klublarından birinə qarşı oynacağıq. Onların Avropa Liqasında oynamasına baxmayın. Çünki komandada iki eyni səviyyəli heyət var. Ehtiyatda qalan futbolçular da güclüdürlər, millidə çıxış edirlər. Gərgin oyun olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30