25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimizin böyükhesablı məğlubiyyətlərinə şahid olan hakim “Qəbələ”nin oyununda

Xəbər verdiyimiz kimi, Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Panatinaikos” - “Qəbələ” görüşünü slovakiyalı İvan Kruzliak idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 31 yaşlı hakim artıq 4 ildir ki, FİFA referisi statusunu daşıyır. Bu günə kimi o, avrokuboklarda klublarımızın oyununu idarə etməyib.

Əvəzində o, 2 dəfə aşağı yaş qrupu üzrə yığmalarımızın oyununda baş hakim olub. Belə ki, 2011-ci ildə 21 yaşadək futbolçulardan ibarət millimiz Belçikaya 1:4 hesabı ilə məğlub olub. 1 il sonra isə Kruzliakın idarə etdiyi oyunda U-19 millimiz Xorvatiyaya 1:7 hesabı ilə uduzub.

Slovakiyalı referi 2011-ci ildə Yunanıstanın U-17 yığmasının Latviyanı 2:0 hesabı ilə məğlub etdiyi matçı idarə edib. Ötən il isə Avrolqanın qrup mərhələsində Yunanıstanın “Asteras Tripolis” klubu “Tottenhem”ə 1:5 hesabı ilə darmadağın olduğu matçın baş hakimi də elə Kruzliak olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30