24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Vaqif Sadıqov: "Qəbələ"də komanda ruhu var"

AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov bu gün Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” - “Panatinaikos” görüşü haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Qəbələ” İK qəzetinə açıqlamasında Qəbələ təmsilçisinin Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Qəbələ” təkcə baxımlı futbol deyil, həm də xarakter göstərən komandadır. Qeyd edim ki, püşk bu komandaya güzəşt etməyib. “Qəbələ” hələ təsnifat mərhələlərində güclü rəqiblərlə qarşılaşsa da, hər birinə əsl gücünü göstərməyi bacardı. Həm də ayrı-ayrı futbol məktəblərinə qarşı oynamalı oldu. Baş məşqçi Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. Uğurlu çıxışın davamı mütləq gələcək. “Qəbələ” çempion “Qarabağ”la matçda da əsl simasını, çox mübariz komanda olduğunu göstərdi. Komandanız hesabda geriyə düşüb azlıqda qalsa da, özündə güc taparaq məğlubiyyətdən qurtula bildi”.

O, həmçinin, “Qəbələ”nin növbəti ilkə imza atacağına inanır: “Qəbələ”də komanda ruhu var. Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik. Mən bilərəkdən rəqiblərdən söz salmadım. Çünki hesab edirəm ki, tarixi yazan biz olmalıyıq”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30