19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Anatoli Ponomaryov: “Qəbələ” şansını dəyərləndirməlidir"

Yunanıstan Superliqasında oynamış ilk azərbaycanlı futbolçu olan Anatoli Ponomaryov vaxtilə “Ksanti”nin heyətində çıxış edərkən “Panatinaikos”a rəqib olub. Futbolxeber.az-ın məlumatına görə, millimizin sabiq üzvü “Qəbələ” İK qəzetinə açıqlamasında deyib: “Panatinaikos” yaxşı tanıdığım komandadır. O, həmişə Yunanıstanda aparıcı klublardan olub. Üstəlik, Afina təmsilçisinin avrokuboklarda böyük təcrübəsi var. Təbii ki, mənim oynadığım dövrlə müqayisədə “Panatinaikos”un heyəti tam dəyişib. Ancaq o, yenə də öz ölkəsinin ən güclü klublarından biri olaraq qalır. Yunanıstanda azarkeşlər sevimli komandalarına güclü dəstək verirlər. “Panatinaikos”un da fanatları bu cəhətdən çox fəaldır. Tribunalar dolu olur və 90 dəqiqə dayanmadan komandanı qələbəyə səsləyirlər. “Panatinaikos”un əsas qol ümidi Markus Berqdir. Onu yaxşı tanıyıram. Xeyli vaxtdır bu komandada çıxış edir. İsveç yığmasının da əsas hücumçularındadır. “Panatinaikos”un hücum xəttinin müdafiəsindən daha güclü olduğunü düşünürəm. Ön xəttdə çıxış edənlər fərdi oyun keyfiyyətləri ilə seçilirlər. Ümumiyyətlə, Afina təmsilçisi sürətli komandadır. Ancaq futbolda kimin qalib gələcəyini əvvəldən söyləmək mümkün deyil. Avropa Liqasında pley-off mərhələsinə kimi irəliləmiş “Qəbələ” qrupa mərhələsinə düşmə şansını maksimium dəyərləndirməlidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30