18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Panatinaikos"un futbolçusu: "Bakıda qol vurmaq istəyirəm"

"Yunanıstanda "Qəbələ"ni elə də yaxşı tanımırlar. Ancaq bu komandanın bir neçə oyununun videoyazısını izlədim və düşünürəm ki, "Qəbələ" pis komanda deyil". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un futbolçusu Daniel Pranyiç deyib.

Avropa Liqasının pley-off mərhələsində bu gün qarşılaşacaqları "Qəbələ" haqda danışan xorvatiyalı futbolçu axşamkı matçın çətin keçəcəyini bildirib:  "Hər kəs bizdən qrup mərhələsinə vəsiqə qazanmağımızı gözləyir. Ancaq "Qəbələ" ilə oyunlar asan olmayacaq. Cavab matçına rahat yollanmağımız üçün axşamkı görüşdə məğlub olmamalıyıq. Şans olacağı təqdirdə Bakıda qol vurmaq istəyirəm. Əgər bunu bacarsaq, Afinada işimiz asan olacaq. Təbii ki, meydana qələbə üçün çıxacağıq. Ancaq çox da risk etməməliyik. Çünki Bakıda qol vurmasaq belə, şansımız qalacaq. Cavab görüşündə qol vurmaqla istəyimizə nail ola bilərik. Əsas odur ki, iki oyunun nəticəsinə görə mərhələ adlayaq".

Pranyiç "Qəbələ"nin aqressiv futbol oynadığını bildirib: "Qəbələ"nin "Apollon"la oyunlarının videoyazısını izlədim. Rəqib yaxşı komandadır və bizə problem yarada bilərlər. "Qəbələ" aqressiv futbol oynayır. Bizi nələrin gözlədiyini bilmirik ki, bu da təhlükəlidir. Bilirik ki, onlara qarşı oynamaq çətin olacaq. Əgər yaxşı oyun sərgiləsək, hər hansı problemlə üzləşməyəcəyik. Lakin bizə asan olacağını düşünmək, riskdir".

Qeyd edək ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30