Ölkə futbolu
Fariz Nəcəfov: "Günahı sübuta yetirilən hər kəs birmənalı olaraq cəzasını almalıdır"
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Mövsümün əvvəlində Avropa Liqasında ardıcıl 3 mərhələ keçəcəyinizə inanırdınızmı?
- Təbii ki, turnirə başlamamışdan öncə 3 mərhələ keçəcəyimizə əminlik yox idi. Amma güclü məşqçi və futbolçu heyətimizin olmasını nəzərə alıb yaxşı nəticəyə ümid edirdik. Bu ümidlərin də doğrulmasına sevinirik.
- Yay fasiləsində heyətdə köklü dəyişikliklər oldu. Bu uğurda həmin dəyişikliklərin rolu varmı?
- Əsas amillərdən biri odu ki, dəvət etdiyimiz futbolçuların bəzilərini baş məşqçi öncədən tanıyırdı və onlar bu sistemi bilirdilər. Tanımadığımız yeni oyunçular dəvət edib, onların adaptasiya dövrünü keçmələrini gözləməyə vaxtımız yox idi. Buna görə də üstünlüyü məşqçinin tanıdığı futbolçulara verdik. Bu da öz müsbət nəticəsini verdi, komanda əvvəlki üslubunu itirmədi və oyunçular tezliklə uyğunlaşdılar. Komandanın bu şəkildə formalaşmasında klubun hər bir üzvünün zəhməti var. Amma baş məşqçinin işini xüsusi vurğulamaq lazımdı. Qriqorçuk bütün işini sistemli şəkildə görən insandı. Transferdən tutmuş, taktiki düzülüşə qədər, onun hər işində ardıcıllıq var.
- Ancaq səfər matçlarında komanda o qədər də inamlı çıxış etmədi. Bunun səbəbi futbolçularımızın hələ də səfər görüşlərində həyəcanlanmalarıdı?
- Mən belə deməzdim. “Dinamo” (Tiflis) ilə oyunda pis təsir bağışlamadıq. Fərdi şəkildə buraxılan kobud səhvlərdən qollar buraxdıq. Amma “Çukariçki” ilə görüşdə zəif oynamağımızla razıyam. Təbii ki, bunun səbəblərini məşqçilər korpusu ilə araşdırdıq. Heyətimizdə təcrübəli futbolçuların üstünlük təşkil etdiyini nəzərə alaraq, deməliyəm ki, zəif oyunun səbəbi həyəcan deyildi. “Apollon”la oyun öncəsi bununla bağlı görüşlərimiz oldu ki, eyni səhvlər təkrarlanmasın. Mən də, baş məşqçi də futbolçularla bu barədə söhbət etdik. Çünki “Apollon” digərlərindən fərqli idi. Bilirdik ki, səfərdə uğurlu nəticə əldə edə bilməsək, evdə işimiz çox çətin olacaq. Kiprdə də yaxşı oynadığımızı düşünürəm. Mənə elə gəlir ki, komanda səfərdə necə oynamaq lazım olduğunu artıq bilir.
- İlk 3 mərhələdəki rəqiblərlə müqayisədə pley-offda daha güclü olan “Panatinaikos”la qarşılaşacaqsınız. Nə gözləmək olar?
- Şübhəsiz ki, favorit “Panatinaikos”du. Amma hər bir komandanın zəif nöqtələri var. Bu barədə məşqçi ilə də, futbolçularla da söhbətimiz olub. Hesab edirəm ki, hər kəs öz üzərinə düşən işi məsuliyyətlə yerinə yetirsə, uğurlu nəticə əldə etmək olar. Çalışacağıq ki, qarşıdakı oyunda yaxşı mübarizə aparaq və azarkeşlərimizin üzünü güldürək.
- Bu matçda kapitan funksiyasını kim daşıyacaq?
- İndiyə qədər vitse-kapitan funksiyasını yerinə yetirən Dodo kapitan kimi çıxış edəcək.
- Dünən bir qrup sayt rəhbəri Cavid Hüseynovun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Lakin sosial şəbəkələrdə bu məsələ bağlı olan müzakirələrdə “Qəbələ” klubu ittiham olunur...
- Mən də bu müraciəti ötən gün mətbuatdan oxudum, dərhal da klubumuzun mətbuat xidmətinin rəhbəri ilə görüşüb müzakirə etdik. Bu, çox primitiv bir müraciətdir. "Qəbələ" klubu məsələ ilə bağlı hadisədən dərhal sonra çox açıq və qəti mövqeyinin əks olunduğu bəyanatla çıxış edib. Bir daha qeyd edirəm ki, məsələnin araşdırılacağı, Cavidin də günahı olub-olmadığını sübut edəcək yer hüquq-mühafizə orqanlarıdır. Biz də hüquq-mühafizə orqanlarının açıqlamasını gözləyirik. Futbol idman növüdür, meydançada yaşanan sevinc, uğur nə qədər böyük olur olsun, bir insanın həyatından önəmli deyil, ola bilməz. Baş verən hadisənin bütün günahkarlarının kimliyindən asılı olmayaraq cəzasını alacağı birmənalıdır. Günahı sübuta yetirilən hər kəs birmənalı olaraq cəzasını almalıdır. Əgər bu hadisədə Cavidin günahı, cinayəti varsa, onun da cəzalandırılacağı şübhəsizdir. Qanun hamı üçündür və buna hər hansı şərh ola bilməz. Mən isə Cavidi tanıyan, onunla bir yerdə işləmiş şəxs olaraq onun bu cinayətdə iştirak etmədiyinə inanmaq istəyirəm.
- Ümumiyyətlə, son hadisələrdən sonra “Qəbələ”yə qarşı antipiar kampaniyası qurmaq cəhdləri də müşahidə olunur. Buna münasibətiniz necədir?
- Mən həmişə idmanın siyasətə qarışdırılmasının əleyhinə olmuşam. Xüsusən də, futbol artıq sosial tədbirə çevrilib. Bunu sırf idman növü kimi qəbul etmək lazımdı. Ancaq təəssüf ki, bundan başqa cür istifadə edənlər də var. Buna münasibətim çox pisdir. Yaxşı olar ki, futbolu elə idman kimi qəbul etsinlər, bunu bayrama, ümumi sevincə çevirək.
"Qəbələ" son uğurları ilə təkcə bir rayonun yox, Azərbaycan idmanının, futbolunun simvollarından birinə çevrilə bildi. Bu turnirdəki uğurlu çıxışımızı işıqlandırmaq əvəzinə hansısa məişət zəminində baş vermiş hadisəni klubun adına yazmaq yolverilməzdir.
- Sabahkı oyunla bağlı azarkeşlərə nə sözünüz var?
- Azarkeşlərimizi yenə də komandaya dəstək verməyə çağırıram. Onları meydanda bizim oyunumuza baxıb dincəlməyə, futbola azarkeşlik etməyə səsləyirəm. Unutmasınlar ki, edilən hər bir mənfi hərəkət klubun, Azərbaycanın imicinə zərbədi. Biz mübarizəni yalnız meydançada aparırıq.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü