28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Panatinaikos”un baş məşqçisi başqa söz desəydi, təccüblənərdim”

“Çukariçki” və “Apollon”la ilk oyunlardan öncə də mətbuat konfransında da belə görünürdüm. Psixoloji baxımdan hər hansı bir problem yoxdu. Hər şey qaydasındadır. Bu, oyunun gərginliyindən irəli gəlir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın pley-off mərhələsinin ilk görüşü çərçivəsində “Panatinaikos”la qarşılaşacaq təmsilçimizin baş məşqçisi hazırda matçın keçiriləcəyi “Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis “Panatinaikos”un baş məşqçisinin “Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq” fikrinə belə münasibət bildirib: “Panatinaikos”un baş məşqçisi başqa söz desəydi, təccüblənərdim. Təbii ki, onlar da qələbə qazanmaq istəyirlər. Oyunu hücumdan və ya müdafiədən quracağımızı deyə bilmərəm”.

Qriqorçuk cəzalı Ürfan Abbasovun əvəzinə kimi meydana buraxacağı haqda sualı cavablandırmayıb: “İndi bu haqda heç nə deyə bilmərəm. Çünki heyəti sabah müəyyənləşdirəcəyik. Aydın məsələdir ki, cinah müdafiəçisi mövqeyində 3 oyunçumuz var - Rikardinyo,  Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov”.

“Apollon”la oyundan öncə mərhələni keçəcəyi halda oyunsonrası mətbuat konfransına “aerodrom” kepkada gələcəyini vəd edən Qriqorçuk, bu dəfə hər hansı iddia səsləndirməyib: “Bu, hər dəfə düşərli olmaya bilər. İndidən belə məsələlər haqda düşünmürük. Bunu Çempionlar Liqasına qədər təxirə salaq”. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31