29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” Ernest Nforla vidalaşdı

“Neftçi” PFK 2 ay davam edən danışıqlardan sonra futbolçu Ernest Nforla müqaviləyə qarşılıqlı anlaşma əsasında xitam verib. Futbolxeber.az-ın məlumatına görə, kamerunlu futbolçu ilə bağlanmış müqaviləyə əsasən Ernest Nfor 2016-cı ilə qədər “Neftçi” PFK-da çıxış etməli idi. Ötən mövsüm 19 oyunda ümumiyyətlə meydana çıxmamış futbolçu ilə qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində görüşlər 17.06.2015-ci il tarixdə start götürmüş Avstriya təlim-məşq toplanışı zamanı başlanmışdı. Lakin futbolçu ilə bağlanmış müqavilə şərtlərinin “Neftçi” PFK üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirmişdi. Bu müddətdə belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi danışıqların müsbət yekunlaşması ilə nəticələndi. Belə olan halda klub müəyyən məbləğdə kompensasiya ödəməklə böyük maliyyə riskinin və ikinci Emil Mpenza probleminin yaşanmasının qarşısını almış oldu. Əks halda “Neftçi” PFK növbəti dəfə FİFA tərəfindən tətbiq ediləcək böyük maliyyə sanksiyası ilə üz-üzə qalacaq və klubun beynəlxalq imicinə ağır zərbə vurulacaqdı.

Futbolçu ilə bağlanmış müqavilə əvvəllər açıqlandığı kimi 2015-ci ilədək deyil, 2016-cı ilədək qüvvədə idi. Bu müddətdə gedən proses barədə ictimaiyyətə hər hansı məlumatın verilməsi danışıqların uğursuz nəticələnməsinə səbəb ola bilərdi. “Neftçi” PFK Ernest Nfora klubdakı çıxışına görə təşəkkür edir və kamerunlu futbolçuya gələcək karyerasında uğurlar azulayırıq.

Ernest Nforla bağlanmış müqaviləyə əlverişli şərtlər əsasında xitam verilməsi “Neftçi” PFK-nın transfer siyasətində növbəti addımların atılması üçün şərait yaradacaq. Belə ki, klub yaxın günlərdə azarkeşlərini yeni transfer xəbəri ilə sevindirəcək.

 

neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31