28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

“Neftçi”də deyilən sözlə əməl niyə üst-üstə düşmür?

"Neftçi”nin baş məşqçisi Samir Əliyev “İnter”lə oyundan sonra səsləndirdiyi fikirlərin üstündən heç 1 sutka keçməmiş fikrini dəyişib. Gənc mütəxəssis dünən "İnter”lə oyundan dərhal sonra CBC telekanalına verdiyi müsahibədə dediyi sözlərlə bu gün klubun rəsmi saytına danışdıqları arasında yerlə göy qədər fərq var: “Yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, heyət mütləq gücləndirilməlidir. Düzdür, heyətdə gənc azərbaycanlı futbolçular var. Amma nəticə istəyiriksə, təcrübəli oyunçular alınmalıdır”.

Bu gün isə Samir Əliyev klubun rəsmi saytına açıqlamasında deyib: "Neftçi” əsası gənc futbolçulardan qurulmuş komandadır. Bildiyiniz kimi, əsas heyətdə meydana çıxan futbolçuların əksəriyyətinin təcrübəsi azdır. Amma təcrübə də birdən-birə qazanılmır. Futbolçu özü səhv etdikcə oyundan oyuna inkişaf etməlidir. Bunun üçün zamana ehtiyac var. Biz gələcəyin komandasını qurmağa çalışırıq. Düzdür, "Neftçi” elə bir komandadır ki, burada hər zaman nəticə də göstərməlisən. Gənc futbolçulara şans verməyin riskli olduğunu öncədən də bilirdik. Bununla belə, biz gələcəyi düşünərək bu gün riskə gedirik”.

Fərq göz önündədir. Dünən dolayı yolla olsa belə, yeni transferlər tələb edən Əliyev bu gün "bir az səbrli olmaq lazımdır” deyir. Üstəlik, təcrübəli oyunçulara ehtiyacın olduğunu qabartdıqdan sonra gələcəyin komandasını qurmağa çalışdıqlarını deyir…(futbol11.az).

Samir Əliyev Azərbaycan futbolunda böyük hörmət qazanıb. Futbolçu kimi təkcə ölkə daxilində deyil, Ukraynada da inamlı çıxışı ilə azarkeşlərin rəğbətini qazanıb. Amma “Neftçi”yə baş məşqçi gəlməklə Əliyev özünü çətin vəziyyətə saldı. Çünki gənc, təcrübəsiz futbolçularla bu gün uğur qazanmaq çətindir. “Mladost” uğursuzluğundan sonra “Neftçi” Premyer Liqaya da inamsız başlayıb. 2 turdan sonra komandanın 1 xal toplamasında məşqçinin günahı elə də çox deyil. Heyətdə futbolçu yoxdusa, məşqçi nəticəni kimlə qazanmalıdır?

Bu, məsələsinin bir tərəfi. Digər diqqətçəkən məqam isə odur ki, Samir Əliyevin dünən “İnter”lə oyundan baş verən qalmaqalla bağlı səsləndirdiyi fikirlər də birmənalı qarşılanmadı. Çünki 2 ay əvvəl gənc məşqçi təxminən belə fikirlər səsləndirmişdi: “Neftçi” əvvəl intizamsız komanda idi. İndi komandanı mən qəbul eləmişəm. Belə şey olmayacaq”. Amma dünənki qalmaqaldan sonra Əliyev futbolçularını müdafiə edərək, “İlk turun oyununda sonra azarkeşlәr onlara tәşәkkür etmәyi istәdilәr. Biz dә elә bu oyundan sonra fanatlarlara tәşәkkür etmәk üçün getdik. Amma onlar qarşılığında bizi söydülәr. Araz onlara cavab vermәdi. Amma o söyüşlәri siz dә eşitsәydiz, dözmәzdiz” söylədi.

Göründüyü kimi, “Neftçi”nin çalışdırıcısının dediyi sözlərlə fikirlər üst-üstə düşmür.

“Neftçi”də deyilən sözlə əməlin üst-üstə düşməməsi kimi Müşahidə Şurasının sədri Çingiz Abdullayevi də nümunə göstərmək olar. Aprelin 2-də Abdullayevin jurnalistlərə verdiyi müsahibədən nümunə:

- “Neftçi”nin nüfuzunun itirilməsində qalmaqalların rolu oldu. Hakimlərin söyülməsi, futbolçuların döyülməsi və s. Bu haqda məlumatınız var?

- Təbii ki, var. Azərbaycanda yaşayıram. Mən yazıçı olsam da, ixtisasım hüquqşunasdı. Mənim vaxtımda belə hallar yaşansa, həmin insanlar dərhal buradan gedəcəklər. Futbol dünyada 1 nömrəli idman növüdür. Kimsə özünü heyvan kimi aparacaqsa, uşaqlar da ondan nümunə götürəcəklər. Kitab yazanda həmişə deyirəm ki, kitab uşaqları tərbiyə etməlidir. Meydanda azarkeş futbola baxmalıdı, davaya, söyüşməyə yox.

- Söz verə bilərsiniz ki, sizin rəhbərliyiniz altında belə hallar təkrarlanmayacaq?

- İlk növbədə söz verirəm ki, dava-dalaş olmayacaq. Dava, söyüş, təhqir olsa həmin adamlar klubdan gedəcəklər. “Neftçi”də ya mən qalacağam, ya onlar...

Amma dünən “Neftçi”nin futbolçuları onlara etiraz edən azarkeşə qarşı kobudluq etməkdən çəkinmədilər. Bəs 4 ay yarım əvvəl “Neftçi”də ya mən qalacağam, ya onlar” deyən Çingiz bəy niyə indi susma mövqeyi tutub?

Suallar çoxdu, cavab isə yoxdu...

Futbolxeber.az 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31