23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Neftçi" bəyanat yaydı

“Neftçi” klubu bəyanat yayıb. Klubun rəsmi saytında yer alan bəyanatı olduğu kimi təqdim edirik:

- 17.08.2015-ci il tarixdə Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilmiş “İnter” PİK - “Neftçi” PFK matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” PFK üçün çox vacibdir. Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkmişdir. Futbolçulara qarşı nalayiq ifadələr işlətmiş bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməmişdir. Belə olan halda, “Neftçi” PFK-nın futbolçuları yalnız özlərini müdafiə etməyə çalışmışlar. Həmin şəxs “İnter” PİK-in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə etmiş və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.

“Neftçi” PFK olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq.

“Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidir. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdir. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30