26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Kimdir günahkar: Məmmədov, mətbuat, yoxsa “Neftçi”? YAZI

21 aprel, 2015-ci il. Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” səfərdə “İnter”ə uduzsa da, ümumi nəticədə qələbə qazanaraq finala adladı. Uğursuz mövsüm keçirən və çempionluq şansı itirən komandanın finala adlaması düşərgədə təbii olaraq sevinclə qarşılandı. Jurnalistlər də hər zaman olduğu kimi “Neftçi”nin futbolçularından müsahibə, açıqlama almaq üçün paltardəyişmə otağının qarşısını kəsdilər. Bu zaman mətbuat nümayəndələrinə yaxınlaşan klub nümayəndəsi, hansı futbolçuları miks zonaya gətirəcəyini soruşdu. İnsafən, bu baxımdan “Neftçi” digərlərini qabaqlayır. Komanda udsa da, uduzsa da klubun mətbuat xidmətinin əməkdaşları daim oyundan sonra jurnalistlərin işini asanlaşdırırlar. Bir-iki futbolçu ilə danışdıqdan sonra klub nümayəndələrindən biri “imkan olsa, Rahil Məmmədovdan da qısa açıqlama alın. Gənc futbolçudur. Dəstək olub, onu futbolumuza qazandıraq” dedi. Biz də gənc müdafiəçi ilə danışdıq. Məmmədov “Mənim üçün çox vacib oyun idi. Bu hissləri sözlərlə ifadə edə bilmirəm. İndi mənə məşqçilər tərəfindən şans verilib. Bu şansdan maksimum yararlanmağa çalışacağam” - dedi.

                             ***

17 avqust, 2015-ci il. Yenə “İnter Arena”, yenə “İnter” - “Neftçi” oyunu və yenə qələbəni “bankirlər” qazandı. Təxminən 4 ay əvvəl az qala qəhrəman elan olunan Rahil Məmmədov bu dəfə anti-qəhrəmandı. Gənc müdafiçi meydana düşən və ondan “formanın haqqını vermələrini” tələb edən azarkeşlə mübahisə edir, hətta ona qarşı fiziki təzyiq götərməkdən belə çəkinmir. Oyundan sonra isə paltardəyişmə otağından çıxıb, avtobusa tərəf qaçır. Ona yaxınlaşan jurnalistləri isə vecinə almır. 4 ay əvvəl xahiş, minnətlə medianın qarşısına çıxarılan gənc, bu gün danışmaq istəmir. Heç bir futbolçu oyundan sonra mətbuata açıqlama vermək məcburiyyətində deyil. Amma dayanıb, normal şəkildə danışmaq istəmədiyini söyləyə bilər. Daha saymazyana, özündənrazı şəkildə jurnalistin dediklərini eşitməzliyə vurmaq nəyə gərəkdir ki? Biz heç kimə minnət qoymuruq. Futbolçunun açıqlamasını, müsahibəsini yazmaq bizim borcumuzdur. Amma qarşındakı sənə qarşı hörmətsizlik edirsə... Rahil Məmmədova xatırladaq ki, aprel ayının 21-də o mətbuat üçün maraqlı persona deyildi. Sadəcə hörmət etdiyimiz klub nümayəndəsinin, keçmiş həmkarımızın sözünü yerə salmayaraq onunla danışdıq. Bu gün mətbuat Rahil Məmmədova lazım deyilsə, o mətbuata dünəndən lazım deyil. Növbəti dəfə heç xahişlə belə mətbuat önünə çıxa bilməyəcək. Necə deyərlər sayanın quluyuq, saymayanın ağası.

                                                                                                           ***

4 ay sonra gənc futbolçu azarkeşə yumruq atıb, mətbuat qarşı hörmətsizlik edirsə, bunun günahı kimdədir? Təbii ki, birinci günahkar futbolçunun özüdür. Çünki bu yaşda o ancaq məşqini edib, futbolunu oynamalıdır. İkinci günahkar klub rəhbərliyidir. Futbolçu azarkeşə yumruq atırsa, hələ özünü təsdiq etməmiş artıq “ulduz xəstəliyi”nə tutulursa, deməli komandada nizam-intizam çox aşağı səviyyədədir. Mətbuatı qoyuram bir qırağa. Eybi yoxdur, Rahil Məmmədov bizə hörmətsizlik etdi. Allah canını sağ eləsin. Amma azarkeşə qarşı hörmətsizlik etmək olmaz. Azarkeş hər zaman haqlıdır! Azarkeş toxunulmazdır! Heç bir futbolçunun azarkeşə əl qaldırmağa, onu təhqir etməyə haqqı yoxdur. Bu gün Azərbaycan futbolunda ciddi azarkeş problemi var. Olan-qalan 5-10 azarkeşi də itirəcəyiksə, onda futbol kimə lazımdır? Boş tribunalar önündə oynanılan futbol, futbol deyil!

Dünən oyundan bir həmkarımla evə qayıdırdıq. Avtobusda yanımızda “Neftçi” azarkeşi əyləşmişdi. Gənc fanatla söhbət zamanı dediyi bir məqam bizə çox pis təsir etdi. O bildirdi ki, 1 həftə pul yığıb ki, Qəbələyə, kubokun final oyununa yollansın. And içirdi ki, gedəndə də, gələndə də avtobusun döşəməsində uzanıb... Belə azarkeşə əl qaldırmaq günahdı. Belə azarkeş ancaq qələbə haqq edir. Məğlubiyyət, təhqir yox!

İBRAHİM




Ad: Futbolxeber.az;   E-mail: ---

18.08.2015 16:02

Elnur bəy, fikirlərinizə hörmətlə yanaşıram. Mən də öz subyektiv fikrimi yazmışam.Azarkeş stadionda canını qoyur, komandasını dəstəkləyirsə, nəticə tələb etməyə də, uğursuzluğa görə etiraz etməyə də haqqı var. Futbolçu meydana çıxır, udsa da, uduzsa da maaşını alır. Amma azarkeş boğazından kəsir, avtobusda ayaq altında sevimli komandasını dəstəkləmək üçün canını qoyur

Ad: Elnur Eliyev;   E-mail: ---

18.08.2015 14:44

Rahil etdiyine beraet qazandirmiram ama azerkes her zaman haqlidir ne demekdir?bunu basa sala bilersiniz?sohbet sadec bu meseleden getmir umumiyyetle azerkes cixacaq futbolcuya istediyini deyecek futbolcuda sakitce oturub duracaq ki he azerkes deyir demeli duz deyir haqlidir menim hec ne demeye haqqim yoxdur sakitc oturum kenarda.Bu hansi mentiqe uygundur.Futbolcuda azerkesde oz heddini bilecek yeri geldimi susmagi yeri geldimi danismagi bacarmalidir.Bir teref hormetsizlik edib dye onu hasiz cixartmaq ucun diger teref her zaman haqlidir kimi nagillara ehtiyac yoxdur.Azerkes azerkesliyini bilmelidir futbolcu futbolculugunu jurnalist jurnalistliyini
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30