20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rauf Əliyev: “Bir-iki nəfərə görə “Neftçi” ilə oyun mənim üçün prinsipiallıq daşımırdı"

"Gərgin oyun oldu. İlk dəqiqələrdən üstünlüyü ələ aldıq. Rəqibin on nəfərlə qalması bizim xeyrimizə oldu. Öz oyunumuzu oynadıq. Qol da vurduq, amma sonda biz də on nəfərlə qaldıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri CBC telekanalında "İnter"in futbolçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi"yə qalib gəldikləri matçdan (1:0) sonra deyib.

R.Əliyev qarşılaşmanın son dəqiqələrinin onlar üçün çətin keçdiyini vurğulayıb: "Qələbə əldən verə bilərdik. Son dəqiqələrdə həqiqətən çətinlik çəkdik. Keçən oyunda xal itirmişdik, buna görə bu matça yüz faizlik hazırlaşmışdıq. Vəzifəmizin öhdəsindən gəldiyimiz üçün çox şadıq".

O, sabiq klubu "Neftçi"yə qarşı görüşün onun üçün xüsusi olmadığını bildirib: "Bu oyuna da əvvəlki matçlarla eyni səviyyədə hazırlaşmışdım. Hər şey keçmişdə qalıb. Bir-iki nəfərə görə mənim üçün bu oyun heç də prinsipiallıq daşımırdı".

O, hakimin düzgün olaraq rəqib futbolçu Xuan Albertonu qırmızı vərəqə ilə cəzalandırdığını vurğulayıb: "Qapıçı ilə birəbir qalmışdım. Həmin epizodda həkim düzgün qərarla qırmızı vərəqə verdi. Çünki orada qapıçı ilə təkbətək qalmaq üzrəydim və qol vura bilərdim" (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30