28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter Arena”da qalmaqal: futbolçu yumruq atdı, azarkeş həbs olundu

Premyer Liqanın II turu çərçivəsində keçirilən “İnter” - “Neftçi” (1:0) oyunundan sonra qalmaqal yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi”nin futbolçuları hakimin final fitindən sonra azarkeşlərə tərəf gedərək, onlara dəstəklərinə görə minnətdarlıq etmək istəyiblər. Bu isə məğlubiyyətdən narazı olan fanatları özündən çıxarıb. Hətta fanatlardan biri (adı Nurlandır) meydana düşərək, Rahil Məmmədov və kapitan Araz Abdullayevə sərt şəkildə etiraz edib. Bu zaman onların yanında Məqsəd İsayev və Erik Ramos olub. Qarışıqlıq zamanı “Neftçi”nin futbolçularından biri (böyük ehtimalla Rahil Məmmədov) meydana daxil olan azarkeşi yumruqla vurub. “Neftçi”nin sabiq kapitanı Mirhüseyn Seyidov da özünü qalmaqal yerinə yetirib. Seyidov və “Neftçi” nümayəndələrinin müdaxiləsindən sonra insident yatırılıb. Polis isə meydana daxil olan azarkeşi həbs edib.

   

 

QEYD: Fotolar olimpiya.az saytına məxsusdur


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31