25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Gəncləşdirmə siyasəti” aparan “Neftçi”nin yetirmələri “Rəvan”a üz tutur?!

Premyer Liqanın II turu çərçivəsində keçirilən “Rəvan” - “Qarabağ” oyununda bir məqam diqqətdən yayınmayıb. Futbolxeber.az-ın məlumatına görə, meydan sahiblərinin oyuna gətirdiyi topdaşıyanlar “Rəvan”ın deyil, “Neftçi”nin formasını geyiblər. Halbuki adətən topdaşıyanlar meydan sahibi klubun yetirmələri. Bəs, “Rəvan”ın topdaşıyanlarının meydana “Neftçi”nin formasında çıxması nə dərəcədə düzgündür?

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Futbolxeber.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib: “Əsasnamədə forma ilə bağlı konkret heç nə göstərilməyib. Yalnız o qeyd olunub ki, meydan sahibi klub 8 topdaşıyanı oyuna gətirməlidir. Onların geyindikləri forma da meydandakı komandaların formasından seçilməlidir. Razıyam, əksər hallarda topdaşıyanlar meydan sahiblərinin formasında olurlar. Amma “Rəvan”ın topdaşıyanlarının niyə məhz “Neftçi”nin formasında olmasının səbəbini bilmirəm. Bununla bağlı əsasnamədə konkret heç nə göstərilmədiyi üçün “Rəvan” hansısa qayda pozuntusuna yol verməyib”.

Şahgəldiyevin də dediyi kimi, burada hər hansı bir qayda pozuntusu yoxdur. Amma topdaşıyanların meydan sahibinin deyil, başqa klubun formasını geyməsi hər halda maraq doğrurur. Belə ehtimal etmək olar ki, ya “Rəvan”ın uşaq futbolunda ciddi problem var. Komanda topdaşımaq üçün 8 yetirməsini tapa bilmir. Ya da son vaxtlar gəncləşdirmə siyasəti aparan, amma 33 yaşlı legioner futbolçu transfer edən “Neftçi”nin yetirmələri özlərini başqa yerdə sınamaq qərarına gəliblər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30