25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” 15-ə çatdı

Azərbaycan Premyer Liqasının II turunun AZAL-la qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn “Qəbələ” baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında yubiley - 15-ci qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssisin rəhbərliyi altında 2015-ci ilin əvvəlindən çıxış edən “qırmızı-qaralar” 26 görüşün 5-də heç-heçə edib, 6-da uduzub.

“Dalğa Arena”da əldə olunan 3 xalla komandanın uğurlu seriyaları da davam edib. “Qəbələ” bütün yarışlar nəzərə alınmaqla, son 5 matçda məğlub olmamaqla yanaşı, qol vurur. “Qırmızı-qaralar”ın qol vurmadığı, həm də uduzduğu son qarşılaşma iyulun 16-da “Çukariçki” ilə Serbiyadakı görüş olub - 0:1.

Komandanın son 13 görüşündə isə maraqlı tendensiya müşahidə olunur. “Qəbələ” hər bir oyundan bir - 7 dəfə qalib gəlir.

“Qəbələ”nin Premyer Liqa oyunlarındakı qollu və məğlubiyyətsiz oyunlar seriyası da davam edir. Fevralın 15-də “Neftçi” ilə ev oyununda məğlub olan Qriqorçukun yetirmələri son 14 çempionat oyununda 11 qələbə qazanıb və 3 heç-heçə edib. Ardıcıl 15 Premyer Liqa görüşündə qol vuran “Qəbələ” fevralın 10-da “Simurq”a uduzduqdan (0:2) sonra hər qarşılaşmada rəqib qapısına yol tapır. Bu matçlarda futbolçular 29 qola sevinib.

AZAL-la qarşılaşmada iki futbolçu ilk dəfə “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Məhəmməd Mirzəbəyov və Roman Hüseynov “qırmızı-qara” formada debüt ediblər. 2005-ci ildə yaranan klubun tarixində Bakıdakı matçadək 192 oyunçu çıxış etmişdisə, bu rəqəm 194-ə çatıb. Digər iki futbolçu - Dmitri Bezotosnı və Arif Daşdəmirov “Qəbələ”nin heyətində yubiley – 25-ci matçı keçiriblər. Penaltidən rəqib qapısına yol tapan Aleksey Qay 26-cı oyununda yubiley - 5-ci qoluna imza atıb. Oyun sayında rekordçu olan Dodo 5-ci dəfə qarşılaşmaya kapitan kimi çıxıb.

Mirzəbəyov, Hüseynov, həmçinin Vitali Vernidub Premyer Liqada ilk dəfə “Qəbələ” forması geyməklə, buna nail olan oyunçuların sayını 177-yə çatdırıb. Aleksey Antonov isə Premyer Liqada qol hesabını açan 74-cü futbolçudur.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30