19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Əsas məqsədimiz İsveçrədə məğlub olmamaqdır”

"Yanq-Boyz"un "Luqano" ilə çempionat oyununu izləmişəm. Çox maraqlı komandadır. Deyə bilərəm ki, hələ belə rəqiblə qarşılaşmamışıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Yanq Boyz" haqda danışan R.Sadıqov rəqiblərinin güclü komanda olduğunu vurğulayıb: "Zalsburq" ayrı, "Seltik" fərqli futbol oynayır. Hazırkı rəqibimiz "Yanq Boyz" isə qarışıq futbol sərgiləyir. Onlar bəzən cinahlardan hücum qurur, bəzən isə qısa ötürmələrlə oynayır. Buna görə də bizi çətin oyun gözləyir. Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün çox çalışmalıyıq.

Rəqibimiz güclü hücum xəttinə malik komandadır. Hələ mən izlədiyim oyunda əsas hücumçuları, xüsusilə də bombardirləri oynamırdı. Standart vəziyyətlərdə də yaxşı təsir bağışlayırlar. "Yanq Boyz"un "Seltik"dən güclü olduğunu deməzdim, amma indiki rəqibimiz daha rəngarəng komandadır. Onlara qarşı 90 dəqiqə mübarizə aparmaq lazımdır. Hesabda irəli keçsən də, müdafiədə boşluq yaratmaq olmaz. Yəni rəqibimiz son dəqiqələrdə hesabı dəyişə biləcək komandadır. Əsas məqsədimiz səfərdə məğlub olmamaqdır. Əsas da 2 top fərqi ilə uduzmamaq bizim üçün sərfəli nəticə olar".

Komandanın yeni transferləri haqda danışan Sadıqov onların vaxta ehtiyacı olduğunu bildirib: "Yeni transferlərimizə vaxt lazımdır. Bədavi Hüseynov da "Qarabağ"a yeni gəldiyində ona gülürdük. Eləcə də Reynaldoya. Ancaq tələsmək lazım deyil. Bir müddət keçsin, əgər gözlənilənləri verməsələr, o zaman həmin futbolçuları uğursuz transferlər adlandırmaq olar. Hamı deyir ki, "Qarabağ" yaxşı transferlər etsin. Qurban Qurbanov da istəyir ki, əlində yaxşı transferlər olsun. Ancaq istədiyimiz futbolçular gəlmirlər".

Mənbə: qol.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30