20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: “Neftçi” ilə oyundan fərqli “Zirə” ilə görüş daha çətin olacaq”

“Kəpəz” Premyer Liqanın 2-ci turunda Gəncədə “Zirə”ni qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, ev oyunu öncəsi “sarı-göylər” matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub. Məşqdən sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis ilk öncə Nizami yurdunda oynamağın məsuliyyətindən bəhs edib: “Gəncədə oynamaq böyük məsuliyyət daşıyır. Ona görə də ev oyunu tamam başqa ab-havada olacaq. Yəni azarkeşlər qarşısında komandanı bir növ imtahan gözləyir. Tamaşaçı sayının çoxluğu səbəbindən futbolçular bəlkə də, oyunun ilk 10-15 dəqiqəsində həyacanlı oldular. Gəncədə uşaqdan tutmuş böyüyə kimi hamı futbolu yaxşı bilir”.

Rəqib haqda verilən sualı isə Diniyev belə cavablandırıb: “Bu gün zəif komanda yoxdu. “Zirə” yaxşı komandadı, oyunlarını izləmişəm. Yüksək səviyyəli legionerlərdən qurulmuş kollektivdir. Bizə asan olmayacaq. Mənə elə gəlir ki, meydanda iki bərabər səviyyəli komanda görüşəcək. “Neftçi” ilə oyundan fərqli bu görüş daha çətin olacaq”.

Jurnalistlər Şahin Diniyevə nəticə barədə də sual ünvanlayıblar. Baş məşqçi əvvəlcədən proqnoz vermək istəməyib: “Proqnoz vermək çox çətindir. Komandamız meydançanın hər qarışı uğrunda mübarizə aparacaq. Uşaqlar meydanda vuruşacaq. Nə alınacağını oyunun sonu göstərəcək. Çox istərdik ki, ilk ev oyunumuzu qələbə ilə başa vuraq. İstəyimiz bundan ibarətdir. Bunu reallığa çevirmək üçün çox çalışacağıq”.

“Kəpəz” PFK-nın mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30