29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kramarenko: “33 qapıçı üçün normal yaş həddidir”

“Neftçi” PFK-nın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Mixal Peskoviçin transferi ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib. Futbolxeber.az-ın məlumatına görə, o, qapıçılar arasında rəqabət yaratmaq istədiklərini bildirib: “Bildiyiniz kimi qapıçı mövqeyinə axtarışlarımız davam edirdi. Təlim-məşq toplanışı dövründə də bir neçə namizədə baxmışdıq. Amma onların səviyyəsi bizi qane etməmişdi. Slovakiyalı Mixal Peskoviç təcrübəli qapıçıdır. 33 yaş qapıçı üçün normal yaş həddidir. Fikrimcə, o komandaya kömək edə bilər. Aqil Məmmədov da getdikcə daha yaxşı forma yığır. Maksim Vayloya ümidlərimiz böyükdür. Sadəcə olaraq Maksim gəncdir və onu ağır oyunlara birdən-birə buraxıb yükləmək düzgün olmaz. İki təcrübəli qapıçının əhatəsində məşq etmək Maksimə da faydalı olacaq. İstəyirik ki, qapıçılar arasında daha güclü rəqabət olsun. Çempionat uzun marafondur. Futbolda cəzalar və zədələr qaçılmazdır. Bu baxımdan heyətdə 3 qapıçının olması xeyrimizədir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31