19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kərim Diniyev: “Fanatların stadionu dolduracağına ümidimiz böyükdür”

“Bütün komanda inanır ki, ilk ev oyunumuzda tribunalara xeyli azarkeş toplaşacaq. Fanatların stadionu dolduracağına və bizə dəstək olacaqlarına ümidimiz böyükdür. Yerli azarkeşlər önündə ilk sınaqdan üzüağ çıxmağa çalışacağıq. Azarkeşləri sevindirməyə səy göstərəcəyik, hamını oyuna dəvət edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev deyib.

Klubun mətbuat xidmətinə danışan Diniyev, uğura aparan yolda azarkeşlərin həm də böyük qüvvə olduğunu bildirib: “Komandanın qələbə qazanmasında onların da böyük rolu var. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Fanatların dəstəyi sayəsində oyunlara daha yaxşı motivasiya olunuruq, meydana uğur qazanmaq üçün çıxırıq”.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev vaxtilə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyub. İndi onun oğlu Kərim də eyni yolu tutub. Ata-oğul “sarı-göylər”in uğuru üçün birlikdə çalışır: “Belə bir köklü, titullu komandanın heyətində olduğum üçün fəxr edirəm, sevinc hissi keçirirəm. İlk dəfədi ki, atamın başçılığı altında peşəkar səviyyədə oynayıram. Düzdü, vaxtilə “Terek”in əvəzedici heyətində çıxış etmişəm. Amma əsas komandada bu ilkdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30