25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov hakim qarşısında: “Günahkarlar layiqli cəzalarını almalıdırlar”

“Cavid Hüseynov da hakim qarşısında çıxış etdi. O, növbəti dəfə bildirdi ki, bu məsələdə günahı yoxdur”.  Futbolxeber.az saytına açıqlamasında bu sözləri vəkil Adəm Məmmədov deyib.

Bu gün Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun barəsində seçilmiş həbs qəti imkan-tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib. 3 aylıq həbs qərarı qüvvədə saxlanılıb.

A.Məmmədov qeyd edib ki, C.Hüseynov hadisədən əvvəl qohumları ilə görüşməyib: “Cavid məhkəmədə bildirdi ki, qohumları aqressiv davranıblar. Amma bunda onun heç bir rolu olmayıb. Həmin ərəfədə Cavid qohumları ilə görüşməyib. Buna baxmayaraq, onlar mərhum jurnalistin üstünə getməklə düzgün hərəkət etməyiblər. Cavid Hüseynov inanır ki, günahkarlar layiqli cəzalarını almalıdırlar. Eyni zamanda mərhuma Allahdan rəhmət diləyir, ailəsinə bağsağlığı verir. Bu hadisəyə görə o, çox üzülür. Belə bir hadisənin yaşanmasını istəməzdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30