19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Məni heyətində ölkənin digər aparıcı klubları israrla görmək istəyirdi"

"Neftçi" ilə yeni müqavilə imzalayan Rəşad Sadiqov fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu ölkə kubokunu qazanacaqlarına inandığını bildirib: "Premyer Liqada diqqətimizi yalnız çempionluğa yönəltmişdik və nəticədə bunu bacardıq. İnanıram ki, ölkə kubokunu da qazanacağıq. “Neftçi” ilə yeni müqavilə bağlamağım mənə əlavə stimul verir. Məni heyətində ölkənin digər aparıcı klubları israrla görmək istəyirdi. Bir futbolçu kimi mənim üçün maddi məsələlərdən daha önəmli məqamlar var. “Neftçi”dəki abu-hava, bizə göstərilən qayğı və burada qazandığım uğurlar fikrimcə, daha vacibdir. Azərbaycanın ən köklü və titullu klubunda çıxış etmək qürurvericidir. Klub rəhbərliyinin göstərdiyi etimadın müqabilində əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərimizin də dəstəyi ilə avrokuboklardakı uğurumuzun davamını gətirəcəyimizə ümid edirəm”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30