28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” AZAL-la oyunun hazırlığını Bakıda davam etdirir

Azərbaycan Premyer Liqasının II turunda AZAL-la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, avqustun 10-da Qəbələdə keçirilən “Qarabağ”la I turun ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” iki gündür Bakıda hazırlıq keçir. Baş məşqçi Roman Qriqorçuk qarşılaşmanın ertəsi günü yalnız ilk turda meydana çıxanlara istirahət verib. Dünəndən paytaxtda keçirilən məşqlərdə isə komanda tam heyətlə məşq keçib. “Qəbələ” əsasən toplu çalışmalardan ibarət olan məşqlərini ADBTİA stadionunda gerçəkləşdirir. Sabahkı hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.

Avqustun 15-də “AZAL Arena”da keçirilməli olan oyunun yeri də dəyişdirilib. Belə ki, “Qəbələ”nin AZAL-la səfər oyunu “Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31